a
  • Moneta
  • Maliyyə
  • Rusiyada plastik kartdakı pulun bəzi risklərdən sığortalanmasına başlanılır

Rusiyada plastik kartdakı pulun bəzi risklərdən sığortalanmasına başlanılır

Rusiyada Oktyabrın 1-dən etibarən plastik kartlarındakı pullar sığortalanacaq.

Sığorta hadisəsi baş verərsə ölkə vətəndaşlarının 100 min rubla qədər itkiləri kompensasiya olunacaq.

Rusiya Mərkəzi Bankı qərara alıb ki, sığortanını qoruyacağı risklər toplusu yalnız kartın itirilməsi və ya zədələnməsi riskləri ilə məhdudlaşa bilməz. Lakin sığortanın qalan hissəsini tənzimləməyib. Məsələn, kart saiblərinin ən mühüm problemi fırıldaqçılıqdır. Tərəflər pulun  fırıldaqçılıqdan sığortalayıb-sığortalamamaq barədə özləri qərar verməlidirlər. “Forbes”in sorğusuna qatılan sığortaçılar müştərilərin kartlarında olan pulları kütləvi şəkildə sığortalamağa hazır olduqlarına əmin deyillər.

Rusiya Mərkəzi Bankının statistikasına görə, fırıldaqçılar rusiyalılardan və Rusiya şirkətlərindən yanvar-mart aylarında təxminən 4,6 milyard rubl, aprel-iyun aylarında isə 3,6 milyard rubldan çox oğurlaya biliblər. Onlar bu vəsaitlərin əsas hissəsini – birinci rübdə  4,4 milyard rubldan çoxunu, ikinci rübdə isə 3,5 milyard rubldan çoxunu fiziki şəxslərdən “götürüblər”.

Mənbə: Marja.az

image-reklam_opel_02

Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.

Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.
0 0 1 0 0 0
Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.
ŞƏRHLƏR

s

Ən azı 10 simvol tələb olunur

TƏCİLİ ŞƏRH YAZ

0 0 1 0 0 0

Biz kukiləri məlumat siyasətində qeyd olunan məqsədlərlə və qanunvericiliyə uyğun olaraq yerləşdiririk. Ətraflı məlumat üçün məlumat siyasətimizı nəzərdən keçirə bilərsiniz.