a

“iPhone 15” təqdim edildi – QİYMƏTLƏR

"Apple" şirkəti "iPhone 15" modelini təqdim edib.

Yeni model əvvəlki modellə o qədər də fərqli xüsusiyyətlərə malik deyil.

“iPhone 15” modelinin hələlik ən gözəçarpan fərqliliyi “Type-C” portundan istifadə xüsusiyyətidir.

Digər nəzərəçarpan xüsusiyyətlərə gəlincə, 2000 nit parlaqlığında ekran və “iPhone 14 Pro” və “iPhone 14 Pro Max”da olan 48 meqapiksellik kameranı qeyd etmək olar.

“iPhone 15 Pro” və “iPhone 15 Pro Max”da olan yeniliklərdən isə əsas diqqətçəkəni gövdə materialının titandan olmasıdır.

image-reklam_opel_02

Əvvəlki modellərdə bu, poladdan olduğu üçün ağır sayılırdı.

Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.

Titan sayəsində yeni model ən yüngül “pro” model olub.

Eyni zamanda, “pro” seriyada səsi artırıb-azaltma düyməsi əvəzinə, sıxılabilən və müxtəlif funksiyalara inteqrasiya ediləcək düymə quraşdırılıb.

Kamerada əsas dəyişiklik ondan ibarətdir ki, burada 5 dəfəyə qədər (5X) yaxınlaşdırma dəstəklənir.

Bu, əvvəlki modeldə 3X idi.

Nəhayət, “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” prosessorunda da yenilik olub.

Hazırkı modeldəki prosessor yeni “Apple A17 Bionic” çipindən güc alır. Bu çip dünyada mobil prosessorlar arasında 3 nanometrlik  ən güclü prosessordur. 

Modellərin Amerika bazarında qiymətləri:

“iPhone 15 128GB” – 799$
“iPhone 15 Plus 128 GB” – 899$
“iPhone 15 Pro 128 GB” – 999$
“iPhone 15 Pro Max 256 GB” – 1199$

Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.
1 0 0 0 0 0
Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.
ŞƏRHLƏR

s

Ən azı 10 simvol tələb olunur

TƏCİLİ ŞƏRH YAZ

1 0 0 0 0 0

Biz kukiləri məlumat siyasətində qeyd olunan məqsədlərlə və qanunvericiliyə uyğun olaraq yerləşdiririk. Ətraflı məlumat üçün məlumat siyasətimizı nəzərdən keçirə bilərsiniz.