a

Ərdoğan Maskı Türkiyədə Tesla zavodu açmağa çağırıb

Bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsi X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda sahibkar və Tesla şirkətinin sahibi İlon Maskla görüşüb.

“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdakı Türk Evində Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Maskı qəbul edib”, – deyə məlumatda bildirilir.

Görüş zamanı prezident iş adamını Türkiyədə Tesla elektrik avtomobillərinin istehsalı üçün yeddinci fabrik açmağa çağırıb. Türkiyənin dövlət başçısı Türkiyənin kosmik proqramı çərçivəsində ölkənin SpaceX ilə əməkdaşlığının mümkün inkişafını vurğulayıb və Maskı sentyabrın sonunda Türkiyənin İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştirak etməyə dəvət edib.

Qeyd olunur ki, Türkiyə prezidenti Maska Türkiyənin rəqəmsallaşma konsepsiyası və süni intellekt sahəsində milli strategiyası barədə də məlumat verib.

image-reklam_opel_02

Bu, Türkiyə lideri ilə sahibkar arasında ilk görüş deyil. Onlar ötən ilin sonunda Qətərdə dünya çempionatının final oyunu zamanı qarşılaşıblar. Söhbətin təfərrüatları məlum deyil.

Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.

Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.
0 1 0 0 0 0
Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.
ŞƏRHLƏR

s

Ən azı 10 simvol tələb olunur

TƏCİLİ ŞƏRH YAZ

0 1 0 0 0 0

Biz kukiləri məlumat siyasətində qeyd olunan məqsədlərlə və qanunvericiliyə uyğun olaraq yerləşdiririk. Ətraflı məlumat üçün məlumat siyasətimizı nəzərdən keçirə bilərsiniz.