a
  • Moneta
  • Maliyyə
  • Dollara təlabat azaldı: “Bunun səbəbi odur ki…”

Dollara təlabat azaldı: “Bunun səbəbi odur ki…”

29 avqust tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib. AMB-nin məlumatına görə, hərracda tələb 58,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. 

Bu göstərici ötən hərracdan 4 faiz azdır. Belə ki, 24 avqustda keçirilən valyuta hərracında banklar 61.33 milyon dollar alış həyata keçirib. 

Qeyd edək ki, son hərrac istisna olmaqla, avqust ayında keçirilən bütün hərraclarda dollara tələbat dai artıb. 29 avqust hərracında isə bunun əksi baş verib. 

Açıqlama verən iqtisadçı ekspert Akif Nəsirlinin fikrincə, avqustun son həftəsində keçirilən hərracda dollara tələbatın azalması ölkəyə gətirilən məhsullar üzrə ödənişlərin həmin dövrdə az olması ilə bağlıdır: 

image-reklam_opel_02

Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.

“Avqust ayının son hərracında dollara tələbatın azalması ölkəyə idxal olunan məhsulların ödənişlərinin reallaşdırılması tarixlərilə əlaqədardır. Avqust ayının ilk üç həftəsi üzrə bu ödənişlər çox olub. Amma son həftədə həmin ödənişlərdə azalma müşahidə edilib. Əvvəlki illərdə yayda ölkəyə turist axını çox olduğundan, dollar bolluğu da yaranırdı. Bu səbəbdən mal idxal edən sahibkarların bəziləri ölkə daxilindəki dollardan yararlanaraq, banklara müraciət etmirdi. Belədə tələbat ölkəyə gətirilən dollar hesabına ödənilirdi. Bu faktor indi də mövcuddur, amma zəif halda. Qərbdən gələn turistlərin az olması da sözügedən azalmada rol oynayıb. İlin altı ayında Avropadan ölkəyə cəmi 57 min turist gəlib”.  

Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.
0 0 0 0 0 0
Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.
ŞƏRHLƏR

s

Ən azı 10 simvol tələb olunur

TƏCİLİ ŞƏRH YAZ

0 0 0 0 0 0

Biz kukiləri məlumat siyasətində qeyd olunan məqsədlərlə və qanunvericiliyə uyğun olaraq yerləşdiririk. Ətraflı məlumat üçün məlumat siyasətimizı nəzərdən keçirə bilərsiniz.