a

“Bitcoinin qiymətinin düşəcəyi güman edilsə də, artacaq”

“Kriptovalyuta bazarında son iki gün ərzində yüksək volatillik müşahidə olunmaqdadır. Bitcoinin qiyməti 24.900 dollara qədər endikdən sonra yenidən 26.590 dollara qədər dəyər qazandı. Hazırda isə bitcoin 25.950 dollar ətrafında ticarət edilir”.

Bu sözləri açıqlamasında Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev dedi.

E.Quliyevin sözlərinə görə, bu cür volatillik əsasən qiymətlərin texniki korreksiyası və kriptovalyuta bazarında cərəyan edən spekulyativ manipulyasiyaların nəticəsidir: “Hazırda qiymətlərə təsir edən əsas “oyunçu” ABŞ Federal Ehtiyatlar Sistemidir (FRS). FRS-in faiz qərarı kriptovalyuta bazarında qiymətlərə təsir edən vacib fundamental faktorlardan biridir. Çünki uçot faiz dərəcəsinin dəyişməsi birbaşa dolların likvidlik həcminə təsir edir və nəticədə bitcoin və digər riskli aktivlərin qiymətinin dəyişməsinə səbəb olur. Görünən odur ki, FRS pul-kredit siyasətinin sərtləşdirilməsi planı üzrə gedir. Xüsusilə, uçot faiz dərəcəsinin azaldılması ehtimalı olduqca azdır. Bundan başqa, ABŞ dövlət istiqrazları üzrə gəlirlilik son 16 ildə maksimuma çatıb və 4,31% təşkil edib. Çox güman ki, investorlar diqqətlərini gəlir zəmanəti olmayan yüksək riskli bitcoindən daha az riskli aktivlərə çevirirlər”.

Elnur Quliyevin deyir ki, bitcoinin qiymətinin aşağı enəcəyi güman edilsə də, belə olmayacaq. Əksinə bitcoinin artımını müşahidə edəcəyik: “Ehtimal ki, bu, növbəti “bitcoin rallisi”dən qabaq bazardakı qiymətləri aşağı endirib kripto aktivləri daha ucuz qiymətlə toplamaq məqsədi daşıyır. Bununla belə bitcoinin qiymətinin 23.500 dollardan aşağı düşməsinə inanmıram, çünki bu qiymətdə çox güclü dəstək var. Böyük ehtimal ki, yaxın gələcəkdə qiymətlərin yenidən artımını müşahidə edəcəyik. Bunun üçün 2 fundamental hadisə baş verməlidir: ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) uçot faiz dərəcəsini endirməli və ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) dünyanın ən böyük investisiya nəhənglərindən biri olan “BlackRock”un “spot bitcoin ETF”-i üçün müraciətinə müsbət qərar verməlidir”.

Kriptovalyuta investisiyasına gəldik də isə, Elnur Quliyev düşünür ki, bu riskli investisiyadır: “Kriptovalyutalar yüksək riskli investisiya hesab edilir. Təcrübə onu göstərir ki, kriptovalyuta sektorunda uğurlu investor olmaq üçün 3 önəmli faktor olmalıdır: informasiya, risk etmə bacarığı və bir az da şans. Kriptovalyutalar bir investisiya mədəniyyətidir. İnvestisiya etmisinizsə, səbrli olub gözləməyi bacarmalısınız. Əgər sizin iqtisadi-texniki bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə, o zaman çalışın bitcoin və digər rəqəmsal aktivlərə itirməyi gözə aldığınız məbləğdə investisiya edin”.

image-reklam_opel_02

Mənbə: Valyuta.az

Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.

Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.
0 0 0 0 0 0
Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.
ŞƏRHLƏR

s

Ən azı 10 simvol tələb olunur

TƏCİLİ ŞƏRH YAZ

0 0 0 0 0 0

Biz kukiləri məlumat siyasətində qeyd olunan məqsədlərlə və qanunvericiliyə uyğun olaraq yerləşdiririk. Ətraflı məlumat üçün məlumat siyasətimizı nəzərdən keçirə bilərsiniz.