a
  • Moneta
  • Maliyyə
  • “A Qroup Sığorta”nın Yaşıl Kart fəaliyyəti dayandırılıb

“A Qroup Sığorta”nın Yaşıl Kart fəaliyyəti dayandırılıb

“A-Qrup Sığorta” şirkəti “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərinin siyahısından çıxarılıb.

Bu barədə İcbari Sığorta Bürosundan bildirilib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən

Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.

Hazırda “Yaşıl Kart” sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətləri bunlardır: “AtaSığorta” ASC, “Atəşgah Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC,“Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti”,“Bakı Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Naxçıvansığorta” ASC“Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.Bundan əvvəl lisenziyası ləğv edilmiş “Günay Sığorta” şirkətinin adı siyahıdan çıxarılmışdır.Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli “Yaşıl Kart” Bürosunun funksiyalarını həyata keçirir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.”Yaşıl Kart” sisteminin başlıca məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin bununla əlaqədar tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir. Bu məqsədlər üçün, sistemə üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtomobil nəqliyyatı vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin səfər ərzində mülki məsuliyyətini sığortalayan vahid təminat sistemi təşkil edilir. Nəticə etibarı ilə, avtomobil nəqliyyatı vasitələri ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülərin öz ölkələrindəki sığortaçılardan Yaşıl Kart əldə etməsi onun bütün səfər boyunca mülki məsuliyyətinin tam sığortalanmasını nəzərdə tutur və səfər etdiyi hər bir müvafiq xarici ölkənin sərhədində yeni mülki məsuliyyət sığortası almaq tələbindən azad edir.

Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.
0 0 0 0 0 0
Ən son yeniliklərdən anında xəbərdar olmaq üçün bizi TwitterTelegram kanallarımızda izləyə bilərsiniz.
ŞƏRHLƏR

s

Ən azı 10 simvol tələb olunur

TƏCİLİ ŞƏRH YAZ

0 0 0 0 0 0

Biz kukiləri məlumat siyasətində qeyd olunan məqsədlərlə və qanunvericiliyə uyğun olaraq yerləşdiririk. Ətraflı məlumat üçün məlumat siyasətimizı nəzərdən keçirə bilərsiniz.