Oxşar

Zaqatalada iş axtaran gənclərin nəzərinə!

10 Yanvar

Cari ilin ilk rübü ərzində Zaqatala rayonunda ilk dəfə işaxtaran gənclər üçün SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) təlim mərkəzi fəaliyyətə başlayacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  "Moneta.az"-a verilən məlumata görə, Mərkəz BMT İnkişaf Proqramı ilə nazirliyin birgə icra etdiyi “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində yaradılır. Burada ilk dəfə işaxtaran gənclərə müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının öyrədilməsi məqsədilə təlimlər təşkil olunacaq və təlimlərə bu ilin sonuna qədər 100-dək gənc cəlb ediləcək.

Onlara işəgötürənlə ilkin əlaqələrin qurulması, işəgötürənə öz bilik və qabiliyyətini təqdim etmə, işə qəbul üçün müsahibəyə hazırlaşma, sahibkarlıq, sistemli biznes, ofis işi və s. istiqamətlər üzrə müasir bilik və bacarıqlar öyrədiləcək.

Layihə çərçivəsində ötən dövrdə müvafiq müddətlərdə Bakı, Sumqayıt şəhərlərində, Masallı rayonunda belə mərkəzlər fəaliyyət göstərib. Son illərdə isə Gəncə şəhərində də SYSLAB təlim mərkəzi yaradılıb və hazırda fəaliyyətini davam etdirir

İndiyədək həmin təlim mərkəzlərinə 800-ə qədər gənc cəlb edilib ki, onların əksəriyyəti təlimlər zamanı yiyələndikləri bilik və bacarıqlar hesabına ayrı-ayrı müəssisələrdə işlə təmin olunublar.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az