Oxşar

Yaşayış minimumu nədir və 2019-da nə qədərdir?

3 Yanvar

Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa görə;

yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma;

minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu;

minimum əmək haqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ.

ehtiyac meyarı – əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd.

Yaşayış minimumunun təyinatı:

Həmin qanuna görə, Yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur:

–aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılmasında və tətbiqində;

–aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında;

–əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;

–fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında;

–əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə

-tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində;

–dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında.

Minimum istehlak səbətinin formalaşdırılması

Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:

–ərzaq məhsullarının minimum toplusu;

-fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.);

-xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.).

Minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.

Minimum istehlak səbətinin hesablanması üçün əhalinin 3 sosial-demoqrafik qrupu üzrə, yəni əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlara görə müəyyənləşdirilir.

1 yanvar 2019-cu ildən qüvvəyə minən qanuna əsasən, yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edililir.


Nusrat Khalilov

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az