5 dakikada yemek tarifleri pankek tarifi pankek yemek tarifleri vakansiyalar

Oxşar

"Xalq Bank"da yeni təyinat

14 May

2004-cü ildən fəaliyyətə başlayan "Xalq Bank"da yeni təyinat olub.

"Moneta.az" bu barədə ölkənin maliyyə bazarındakı etibarlı mənbəyə istinadən məlumat verir.

Məlumata görə, 25 ilə yaxın peşəkar iş təcrübəsinə sahib olan Rövşən İsmayılov "Xalq Bank"ın Xəzinadarlıq Departamentinin Direktoru təyin olunub. O, bu təyinata qədər 2018-ci ilin mart ayından "Xalq Bank"da Xəzinadarlıq Departamentinin Direktoru vəzifəsini müvəqqəti icra edirdi. O, 2015-2018-ci illərdə "Xalq Bank"ın Xəzinadarlıq Departamentində Maliyyə Bazarları üzrə Əməliyyatlar şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Rövşən bəy daha əvvəllər "Turan Bank"da 5 ilə yaxın müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

Ali təhsillidir. Bakalavr təhsilini 2003-2007-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə almışdır. MBA təhsilini isə, 2009-2011-ci illərdə Bakı Mühəndislik Universitetində (Qafqaz Universiteti) almışdır. Hazırda London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) Mühasibatlıq və Maliyyə üzrə distant təhsil almaqdadır. 

Sahəsi üzrə bir çox beynəlxalq sertifikatlara sahibdir.

Teqlər: Xalq Bank

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az