Oxşar

“WoWoman in Me - 2” başa çatdı

5 Noyabr

Noyabrın 3-də "WoWoman" Azərbaycan qadınların inkişaf platformasının ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirdiyi “WoWoman in Me - 2” 5 həftəlik intensiv liderlik və mentorluq proqramının bağlanış mərasimi baş tutub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, “WoWoman in Me - 2” proqramının məqsədi xanımlara öz xəyallarını müəyyən etmək və onları həyata keçirmək üçün lazımi bilikləri əldə etməkdə dəstək olmaqdır. Bu proqram çərçivəsində "WoWoman" Azərbaycan platforması 50 xanıma liderlik keyfiyyətlərini öyrədib və onları fərdi və peşəkar məqsədlərinə çatmaqda kömək ola biləcək mentorlarla görüşdürüb. Bu il proqramda iştirak üçün 40 xanım Bakıdan, 10 xanım regionlardan seçilib.

Platformanın təsisçisi Zara Hüseynova: “Biz bu proqramı Harvard, Stanford, Massaçusets Texnologiya İnstitutu (MIT) da daxil olmaqla, TED konfranslar, tədbirlər və təlimlərdə öyrədilən təcrübəyə əsaslanaraq təşkil etdik. Bu bizim bu günə qədər həyata keçirdiyimiz ən böyük layihəmizdir və iştirakçıların müsbət rəyləri bizi hədsiz ruhlandırır."

"WoWoman" həmçinin "WoWoman Azerbaijan" facebook qrupu vasitəsilə azərbaycan qadınlarına dəstəyi davam etdirir.

"WoWoman" platforması Azərbaycanda 3.5 il öncə yaranıb və genişlənərək 50+ qadını birləşdirən komandaya çevrilib. Bu komanda tərəfindən 200-dən artıq tədbir, təlim, seminarlar təşkil olunub, İT və sahibkarlıq da daxil olmaqla 40 proqram, yoqa və psixologiya kursları həyata keçirilib. Daha ərtaflı məlumat əldə etmək üçün: http://wowoman.org/ və ya Facebook qapalı cəmiyyətə qoşulmaq üçün link: https://www.facebook.com/pg/wowoman.org/community/

Teqlər: WoWoman, abş

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az