5 dakikada yemek tarifleri pankek tarifi pankek yemek tarifleri vakansiyalar

Dil seçimi

Xidmət Əməliyyatları Mərkəzinin Operatoru

  • Razılaşma yolu
  • 1-3 il
  • İnformasiya Texnologiyaları (İT)
  • Tam ştat
  • Bakı
  • 07-05-2019
  • 176

    Baxış sayı
  • Son müraciət

    31-05-2019

Şöbə: Texnologiyalar departamenti/ Xidmət Əməliyyatları Mərkəzi

Tələb olunan bilik və bacarıqlar:

• Əsas şəbəkələr, transmissiya, transport avadanlıqları haqqında texniki biliyə malik olmaq;
• Şəbəkə texnologiyaları haqqında anlayış,
• Şəbəkə protokolları ilə işləmə təcrübəsi;
• VMWare Mobile Device Management, HP OpenView ServiceDesk kimi tətbiq sistemləri haqqında biliklər;
• Kompüter, hardware avadanlıqlarının işləmə mexanizmini yüksək səviyyədə bilmə və problem yaşandığı anda effektiv, səmərəli şəkildə nasazlıqları aradan qaldırmaq bacarığı;
• Ms Exchange Server, DNS, DHCP, Active Directory, GPO, FTP, SNMP • SMTP, HTTP, HTTPS, SSH;
• MS Office haqqında məlumat ;
• CCNA sertifikatları üzrə texniki biliyə, təcrübəyə və bacarığa malik olmaq;
• Şirkətdaxili prosesləri oxumaq, izləmək və öz təkliflərini ifadə etmək bacarığı;
Vəzifə öhdəlikləri:
• Şəbəkə Əməliyyatları Mərkəzi üzrə baş vermiş hadisələrin və qəza siqnallarının idarə edilməsi, müvafiq proses və əməliyyat tədbirləri vasitəsilə şəbəkələrin dayanıqlığının təmin edilməsi, o cümlədən qəza hallarının nəzarətə götürülməsi və həll edilməsi;
• Şəbəkə üzrə baş vermiş hadisələri təhlil edərək təsir səviyyəsinin müəyyən edilməsi, müəyyən edilmiş qəza prioriteti əsasında dəstək sənədləşməsinin (trouble ticket) aparılması və problemin təhlili üçün icraçıya yönləndirilməsi;
• İnteraktiv ünsiyyət, komanda şəklində çalışmaq qabiliyyəti və sənədlərin idarəolunması prosesləri vasitəsi ilə iş prosesinin təşkili;
• Şəbəkə avadınlıqlarının monitorinqi;
• Şəbəkədə və avadınlıqlarda baş verən alarm, nasazlıqları Layer1 səviyyəsində araşdırmaq;
• Müştərilərdən daxil olan sorğuları qəbul etmək;
• Müştərilərə ilkin texniki dəstək;

Təhsili: Telekommunikasiya/İT sahəsində ali
Yaş həddi: 20-30 yaş
Dil bilikləri: azərbaycan, rus və ya ingilis dili (texniki səviyyədə)
İş rejimi: çoxnövbəli 24/7

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir.

AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.

Oxşar vakansiyalar

  • Sabah Group
  • 05-01-2019
  • 2019-06-01
  • Bakı
  • 150 AZN
  • 649
  • MKT-İK MMC (Pambıq müəssəsi
  • 10-09-2018
  • 2018-10-31
  • Bakı
  • Razılaşma
  • 389
  • AzInTelecom
  • 05-03-2019
  • 2019-05-31
  • Bakı
  • Razılaşma
  • 143
  • AGBank
  • 09-27-2018
  • 2018-10-26
  • Bakı
  • Razılaşma
  • 344

Copyright © 2016-2018 Moneta.Az