Dil seçimi

Mətbəx satınalması üzrə mütəxəssis

  • Razılaşma yolu
  • 3-5 il
  • Satınalma və Təchizat
  • Tam ştat
  • Bakı
  • 05-11-2018
  • 131

    Baxış sayı
  • Son müraciət

    05-12-2018

Vəzifə barədə məlumat:

• Xarici şirkətlərlə və ya xarici şirkətlərin yerli nümayəndəlikləri ilə əlaqələrin, əməkdaşlıqların qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqların aparılması;
• Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
• Xarici nümayəndəliklərin iştirakı ilə əlaqələrin möhkəmləndirilməsi üzrə müəyyən tədbirlərin və görüşlərin təşkili, müşaiəti və xarici tədbirlərdə şirkətin təmsil olunması;
• Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
• Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
• Beynəlxalq şirkətlərin rəsmi diler və ya nümayəndəliyini əldə etmə proseslərini yüksək səviyyədə icra etmək;
• Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi.
• Müştərinin seçdiyi və ya müştəriyə təqdim olunan mətbəx modelinin 3D formatında vizualizasiyası
• Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçünün götürülməsi və dizayn xidmətinin göstərilməsi
• Ödəmə şərtləri və endirimlərin razılaşdırılması
• Hər bir mətbəx modelinin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra istehsalçı ilə əlaqə yaradılaraq sifariş edilməsi
• Satış üçün tələb olunan məhsulların xarici təchizatçılardan alınması (sifariş hazırlanması, invoys alınması, təsdiqi)

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 iş günü, istirahət- bazar günü
- İş saatı: 10:00-19:00

Tələblər:

- Ali təhsil
- Beynəlxalq satınalma sferasında minimum 3-5 il iş təcrübəsi arzu olunandır;
- Dil bilgiləri: Azərbaycan, rus və ingilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı;

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mətbəx satınalması üzrə mütəxəssis” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər. İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Collezione Italia

Bütün vakansiyalara bax

“Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkətdir.

Oxşar vakansiyalar

Copyright © 2016-2018 Moneta.Az