Oxşar

"Unibank"ın İdarə Heyətində yeni təyinat

29 Noyabr

“Unibank” KB-da struktur yeniliyi olub. Bundan sonra bütün satış istiqamətləri bir kuratorun nəzarətində olacaq. Uzun illər bankda çalişan Korporativ biznes üzrə İdarə Heyəti sədrinin müavini İqor Okayev İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini vəzifəsinə təyin edilib. Korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes və Marketinq departamenti İqor Okayevin kurasiyasına verilib.

"Moneta.az" xəbər verir ki, bütün satış istiqamətlərinin bir kurasiyada cəmləşməsi beynəlxalq təcrübəyə uyğun olmaqla yanaşı, satışın effektivliyinin daha da artırılması ilə strateji hədəflərin yerinə yetirilməsi, satışı bir nöqtədən idarə etməklə sinerji yaratmaq, bütün bu istiqamətlər arasında əlaqəni gücləndirmək məqsədi daşıyır. Satış və Marketinq bölmələrinin bir kurasiyada birləşdirilməsi eyni zamanda bazar analitikasından istifadəni gücləndirməklə, innovativ bank məhsullarının yaradılmasında çevikliyi daha da artıracaq.

Qeyd edək ki, Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 1 milyondan artıq korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibank-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Teqlər: unibank

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az