5 dakikada yemek tarifleri pankek tarifi pankek yemek tarifleri vakansiyalar

Avtomobil nömrələri

İndi şəxsiyyətimi gizlətməyə çalışsaydım, onun istəməsini istəmirəm son şey mənim damı altında yaşayan birAvtomobil nomreleri hesabatı vermək olardı.Avtomobil nömrələri qaçırma kimi davranırdı.Avtomobil nomreleri müəyyən bir qaydada araşdırılarsa və vaxtını alsaydı qurbana ən çox zərər verə və ya öldürüldü.
Avtomobil nömrələri üçün yeganə super veb sayt.
Avtomobil nomreleri
Avtomobil cərimələrinin yoxlanılması
Avtomobil cerimelerinin yoxlanilmasi

Avtomobil nomreleri

avtomobil cerimelerin yoxlanilmasi verilməsi və ya ödəniş xüsusi və ya təyinatlarda verilməsi şərtilə əmtəələr üçün fərqli bir qiymət nəzərdə tutmalı idi . İkinci cinayət üçün avtomobil cerimelerin yoxlanilmasi iyirmi il həbs cəzaavtomobil cerimelerin yoxlanilmasisı verildi (1 avqust, 1793), ölüm avtomobil cerimelerin yoxlanilmasi isə nəticədə (10 may 1794) əvəz edilmişdir.

Oxşar

Türkiyənin borclanma ilə bağlı xərcləri arta bilər

18 İyun

“Moody's” beynəlxalq reytinq agentliyi ötən cümə Türkiyənin suveren kredit reytinqini “Ba3” səviyyəsindən “B1” səviyyəsinə endirib. Bununla da ölkənin qiymətli kağızları “zibil” adlandırılan səviyyəyə düşdü. Reytinq üzrə proqnoz isə “Neqativ” kimi müəyyən edildi ki, bu da reytinqin daha da endirilə biləcəyi anlamına gəlir. Reytinqin aşağı salınmasının səbəbi kimi ölkənin xarici ticarət bohranı təhlükəsinin artması və Türkiyənin iqtisadiyyatı dəstəkləmək və borclarını ödəmək üçün bundan sonra da böyük pul vəsaitləri cəlb etmək qabiliyyətinə inamın olmaması göstərilib.

Şənbə günü Xəzinə və Maliyyə Nazirliyi bu qərarın Türkiyə iqtisadiyyatının təməl göstəriciləri ilə ayaqlaşmadığını və “Moody's”in analizlərinin tərəfsizliyinin sual altında olduğunu bəyan etdi.

Bundan əlavə nazirlik “Moody’s”in Türkiyənin borclarının ehtiyatlarını 2,6 dəfə üstələməsinə vurğu etdiyi bir halda reytinqi Türkiyədən daha yüksək olan bir sıra inkişaf etməkdə olan ölkələrdə bu göstəricinin (borcun ehtiyyatlara nisbəti) xeyli yuxarı olmasına işarə edib.

Son qərar ötən ilin avqustunda “Moody's”in Türkiyənin suveren kredit reytinqini “Ba2” səviyyəsindən “Ba3”-ə endirməsinin davamı oldu. Agentlik bunu lirənin ucuzlaşması və ABŞ-la əlaqələrin ani pisləşməsi ilə əlaqələndirmişdi və bütün bu amillərin Türkiyə iqtisadiyatını son 10 ildə ilk dəfə olaraq ressesiyaya yuvarlayacağının proqnozunu verdi.

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunaraq həbs olunan keşiş Endryu Bransonla əlaqədar iki ölkə arasında yaranan gərginlik fonunda verilən bu qərarın nəticələri özünü çox gözlətmədi.

Milli valyutanın ucuzlaşması və bununla əlaqədar olaraq faiz dərəcələrinin artırılmasının nəticəsində iqtisadiyatda eniş baş verdi. ÜDM-nin 3-cü və 4-cü rüblərdə azalması nəticəsində Türkiyədə texniki ressesiya qeydə alındı.

“Moody's”in son qərarı da iki ölkə [Türkiyə və ABŞ] arasında münasibətlərin pisləşdiyi bir dövrə təssadüf edir. Ankaranın Rusiyadan S-400 zenit raket kompleksləri alması NATO üzrə yaxın tərəfdaşı olan ABŞ tərəfindən təhdid kimi qəbul edilib. Nəticədə ABŞ türk pilotlarını F-35 proqramından kənarlaşdırdı, Konqress isə Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirməyə başladı. Son olaraq isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın S-400-lərin artıq aldığını və iyulun ortalarında təchizatına başlanacağını və yaranmış durumu G20 görüşü zamanı ABŞ-lı həmkarı ilə müzakirə edəcəyini bəyan etdi. Motivindən aslı olmayaraq isə Türkiyənin reytinqinin pisləşməsinin real iqtisadi nəticələr doğuracağı labüddür.

Bu özünü ilk növbədə ölkənin borclanma ilə bağlı xərclərində göstərəcək. Kredit reytinqi faktiki olaraq ölkənin ödəmə qabiliyyəti və risklərinin qiymətləndiriməsi olduğundan yüksək reytinq qiymətləndirməsi borclanma ilə bağlı emitentin xərclərini azalda bildiyi kimi, onun pisləşməsi bunun tam əksinə gətirib çıxarır. Yəni risk dərəcəsi nə qədər yüksəkdirsə ödəniləcək faizlər də bir o qədər yüksək olacaq.

Reytinq qiymətləndirməsi investorlar üçün siqnal olacaq və özünü birbaşa xarici investisiyaların həcmində də göstərəcək. Bu seqment Türkiyədə reytinq qiymətləndirməsinə və beynəlxalq əlaqələrdəki qeyri müəyyənliyə çox həssasdır. Belə ki, dövlət çevriliş cəhdi və ölkənin kredit reytinqinin azalmasının ardından 2016-cı ildə Türkiyə iqtisadiyyatına investisiyalar əvvəlki ildəki 16,5 milyard dollar səviyyəsindən 12,1 milyard dollara, 2017-ci ildə 7,5 milyard dollara, 2018-ci ildə 6,5 milyard dollara kimi azalıb/report.az

Teqlər: Türkiyə

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az