Oxşar

"Tesla" şirkətinin yeni rəhbəri Robin Denholm ilə tanış olun

8 Noyabr

"Tesla" şirkətinin idarə heyətinin son qərarına əsasən, İlon Mask vəzifəsindən uzaqlaşdırılaraq yerinə Robin Denholm təyin olundu.

Robin Denholm kimdir?

O, Sidney Universitetinin iqtisadiyyat ixtisası üzrə bakalavr və Yeni Cənubi Uels Universitetinin kommersiya ixtisası üzrə magistr səviyyələrini bitirib. O, həmçinin, Avstraliya Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının üzvüdür. 

Karyerasına 1984-cü ilə vaxtı ilə "böyük beşlik" adlandırılan audit şirkətlərindən biri olan  "Arthur Andersen" audit şirkətində başlayıb. 5 il audit şirkətində maliyyə sahəsində müxtəlif vəzifələrdə çalışdıqdan sonra, 1989-cu ildən 1996-cı ilə qədər "Toyota" şirkətinin Avstraliyadakı bölməsinə maliyyə direktoru kimi fəaliyyətinə davam edib.

Xanım Denholm "Sun Microsystems"də 1996-cı ilin yanvar ayından 2007-ci ilin avqust ayına qədər müxtəlif rəhbər vəzifələrdə işləyib.

O, 2007-ci avqust ayından 2016-cı ilin avqust ayına qədər şəbəkə avadanlıqları istehsalçısı "Juniper"də Vitse-Prezident və Baş Maliyyə Direktoru kimi fəaliyyət göstərib.

Xanım Denholm 2017-ci ilin yanvar ayından telekommunikasiya şirkəti olan "Telstra" korporasiyasının Baş Əməliyyat direktorudur.

Qeyd edək ki, Robin Denholm 2014-cü ildən "Tesla" şirkətinin idarə heyətinin üzvü və audit komitəsinin sədridir.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az