Oxşar

“Tesla”qiymətləri 12-26% ucuzlaşdırıb

22 Noyabr

Dünyanın ən iri elektromobil istehsalçısı olan ABŞ-ın “Tesla” şirkəti” Çində satılan S və X modellərinin müxtəlif seriyalarına qiymətləri aşağı saldıqlarını açıqlayıb.

"Moneta.az" xəbər verir ki, şirkətin bu barədəki press-relizinə görə, bu gündən etibarən Çin bazarında satılan elektromobillərin qiymətləri 12-26 faiz azaldılır. Məsələn, Model S 75D 887,6 min yuandan 782,9 minədək, Model X P100D isə 24,4 faiz, 1,19 milyon yuanadək ucuzlaşıb.

Bu addımı ekspertlər ABŞ ilə Çin arasındakı ticarət müharibəsi ilə bağlı tətbiq olunan əngəlləyici rüsumları “zərərsizləşdirməy”ə cəhd kimi qəbul edirlər/report.az

Teqlər: tesla

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az