Oxşar

SOCAR Rusiyada neft çıxartmaq istəyir

1 Noyabr

SOCAR Rusiyada neft yatağının işlənməsi ilə bağlı danışıqlar aparır.

Bu barədə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, "Rosneft", "Qazprom" və "Novatek" də daxil olmaqla bir neçə şirkətlə danışıqlar aparılır.

E.Nəsirov həmçinin əlavə edib ki, SOCAR Rusiyanın "Qazprom" şirkətinə RF-dən qaz tədarükü üzrə müqavilənin 2020-ci ilə qədər uzadılmasını təklif edib.

Qeyd edək ki, tədarüklə bağlı əvvəlki müqavilə 2017-ci ildə bağlanıb və 2018-ci ildə müddəti bitir.

Teqlər: socar

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az