Oxşar

SOCAR Rumıniyada 40-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib

1 Noyabr

Rumıniyanın Timişoara şəhərində  SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Bu, Rumıniyada SOCAR brendi ilə açılan 40-cı yanacaqdoldurma məntəqəsidir.

Yeni YDM ən müasir texnologiyalarla, müasir avadanlıqlarla təchiz edilib ki, bunlar da az enerji istifadə etməyə və elektromobilləri enerji ilə təchiz etməyə imkan verir.

Belə ki, “SOCAR Petroleum” şirkəti 4 yeni "Nano” markalı yanacaq satışını həyata keçirir. “SOCAR” YDM-lərində müştərilər hesabların, kommunal xidmətlərin ödənilməsi xidmətindən də istifadə edə bilərlər.

Məntəqədə həmçinin elektriklə işləyən avtomobillər üçün şarj da quraşdırılıb. Müştərilərə YDM ərazisindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur.

Xatırladaq ki, SOCAR Rumıniyanın 18 rayonunda YDM şəbəkəsinə malikdir/report.az

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az