Oxşar

Qısa idxal bəyannaməsini verməyənlər 500 manat cərimə olunacaqlar

28 Dekabr

Azərbaycanda elektron formada qısa idxal bəyannaməsi verməyənlərə cərimələr tətbiq olunacaq.

"Moneta.az" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməsini nəzərdə tutur.

Təklif olunan dəyişikliyə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 500 manat məbləğində cərimə olunacaqlar.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Teqlər: milli məclis

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az