Oxşar

“Plato Menecment İnvestisiya Şirkəti”nə pul qoyulacaq

8 Yanvar

“Plato Menecment İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 300 min manat və yaxud 78,95% artırılaraq 380 min manatdan 680 min manata çatdırılacaq.

"Moneta.az" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 manat olan 200 min ədəd yeni səhm buraxılacaq və onları "Plato Menecment"in mövcud səhmdarları indiki paylarına uyğun olaraq əldə edəcəklər.

Xatırladaq ki, “Plato Menecment”i 2002-ci ildə, hazırda ləğv prosesində olan “Texnika Bank” ASC "Texnika Kapital Menecment" adı ilə yaradıb. Bankın lisenziyası ləğv edildikdən sonra investisiya şirkəti adını “Kapital Menecment”ə dəyişərək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nəzarətinə keçib. Bir qədər sonra isə Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkəti “Kapital Menecment”in səhmlərinin 99%-ni əldə edib və maliyyə qurumunun adı “Plato Memecment”ə dəyişdirilib. Onun səhmlərinin qalan 1%-i isə adı açıqlanmayan xarici investora məxsusdur/report.az

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az