Oxşar

Neft Fondunun aktivləri 51 mlrd. dollara çatacaq

28 Noyabr

2022-ci ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 50,8 mlrd. ABŞ dolları olacağı proqnozlaşdırılır.

"Moneta.az" xəbər verir ki, bunu ARDNF-in icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu “Azeri Observer” jurnalına müsahibəsində bildirib.

“Bizim ARDNF-nin gəlirləri üzrə orta və uzun müddətli proqnozlarımız neftin 1 barelinin 60 dollar səviyyəsində qiymətləndirilməsinə əsaslanır. Bizim hazırki proqnozumuza görə, 2022-ci ilin sonuna ARDNF-in aktivləri 50,8 mlrd. dollara çatacaq. İqtisadiyyatın şaxələndirilməsindən danışarkən, Azərbaycanda yeni qəbul olunan fiskal qayda xüsusi olaraq bu hədəfə yönəldilib”.

Qeyd edək ki, 2018-ci il oktyabrın 1-ə ARDNF-nin aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 mln. ABŞ dolları) nisbətən 8,88% artaraq 38 987,7 mln. ABŞ dollarına bərabər olub/report.az

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az