Oxşar

Nazirlər Kabinetinin Aparat rəhbəri işdən çıxarıldı

3 Dekabr

Nazirlər Kabineti Aparatının rəhbəri  Ağabala Hacıyev vəzifəsindən azad edilib. 

"Moneta.az" xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb.

Bu vəzifəyə hələlik təyinat olmayıb. 

Ağabala Hacıyev kimdir?

O,1991-1994–cü illərdə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilib.

2003-cü ilin sentyabrından Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb. 

A.Hacıyev "Azərbaycanın əməkdar iqtisadçısı" fəxri adına layiq görülüb.

Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.

2012-ci il iyunun 22-də prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə Hacıyev Ağabala Şamxal oğlunu 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib/bakupost.az

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az