Oxşar

Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdırılıb - DOSYE

26 Dekabr

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

"Moneta.az" xəbər verir ki, iclasda qurumun yeni tərkibdə İdarə Heyəti (İH) formalaşdırılıb.

Belə ki, indiyə qədər İH-nin sədri vəzifəsini icra edən Araz İsmayıl oğlu Əliyev sədr vəzifəsinə, İH-nin üzvü vəzifəsini icra edən Leyla Xıdırnəbi qızı Qaralova isə üzv vəzifəsinə təsdiqlənib.

Bundan başqa, indiyə qədər İH-nin üzvü vəzifəsini icra edən Vasif Oqtay oğlu Səlimovİlqar Məhərrəm oğlu Qurbanov MDM-in rəhbərliyindən kənarlaşdırılıb, onların yerinə Müşfik Razik oğlu Əhmədli İH-nə yeni üzv seçilib. 

Milli Depozit Mərkəzinin yeni rəhbəri Araz Əliyev kimdir?

O, 1960-cı ildə anadan olmuşdur.

1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu «Maliyyə-kredit», 1995-ci ildə isə Bakı Dövlət Universitetini «Hüquqşünas» ixtisası üzrə bitirmişdir.

O, 1977-ci ildən əmək fəaliyyətinə başlamış, 1978-1987-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında böyük xəzinədar-inkassator, təftişçi, böyük təftişçi, idarə rəisinin müavini, 1988-ci ildən 1992-ci ilədək bankın Bakı şəhəri Xətai rayon şöbələrində müdir vəzifəsində çalışmışdır.

Əliyev Araz İsmayıl oğlu 1993-2000-ci illər ərzində Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankında Qiymətli kağızlar idarəsinin rəisi, eyni zamanda İdarə Heyətinin sədrinin müavini vəzifəsində işləmiş, 2000-2004-cü ilədək Birləşmiş Universal Səhmdar Bankının Nərimanov və Abşeron rayon filiallarında müdir, bankın xəzinədarlıq departamentinin direktoru kimi rəhbər vəzifələrdə çalışmışdır. O, 2004-cü ildən «Kapital Bank» ASC-nin departament direktoru və İdarə Heyətinin üzvü olmuş, 19 fevral 2007-ci il tarixindən isə “Kapital Bank” ASC-nın İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmiş və 2013-cü ilədək bu vəzifədə çalışmışdır. Eyni zamanda Əliyev Araz İsmayıl oğlu 2012-2013-cü illərdə “Əmanətçilərə Birdəfəlik Ödəmələrin verilməsi Mərkəzi”nin direktoru vəzifəsində çalışmışdır.

O, 2013-cü ildən 2014-cü ilin sentyabr ayınadək “Bank of Azerbaijan” ASC-nın Müşahidə Şurasının üzvü vəzifəsində işləyirdi. 2014- ci il ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Fakültəsində dərs demişdir. 15 sentyabr 2014-cü ildən “Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az