Oxşar

Mərkəzi Bank uçot dərəcəsini endirdi

30 Oktyabr

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti oktyabrın 30-da uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi haqqında qərar qəbul edib.

Faiz dəhlizinin yuxarı həddi 11.75, aşağı həddi isə 7.75 faiz müəyyənləşdirilib.

İdarə Heyətinin son toplantısından keçən dövr ərzində inflyasiya azalmaqda davam edib və 9 aylıq orta illik inflyasiya (2.6 faiz) Mərkəzi Bankın cari ilə hədəf dəhlizindən (6-8 faiz) aşağıda formalaşıb.

Uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsi proqnozlaşdırılan inflyasiyanın elan olunan hədəf intervalına uyğunluğundan asılı olacaq.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az