ingilis dili kurslari ielts kurslari rus dili kurslari alman dili kurslari muhasibatliq kurslari

Oxşar

“Kapital Bank”ın səhmləri satıldı

7 Yanvar

“Bakı Fond Birjası” QSC-də (BFB) "Kapital Bank" ASC-nin səhmlərinin alqı-satqısı üzrə 3 əqd bağlanılıb.

"Moneta.az" BFB-yə istinadən xəbər verir ki, əqdlər Bankın hər birinin nominal dəyəri 12,39 manat olan 12670 və 10 ədəd səhminin (2 552,34 manatlıq) realizə edilməsini nəzərdə tutur.

Qiymətli kağızlar təkrar bazarda əldə edilib. Onları alan və satan tərəflər açıqlanmır.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 225,85 mln. manatdır. Səhmlərin 99,9%-i adı çəkilən holdinqə, 0,1%-i isə fiziki şəxslərə məxsusdur.  

Teqlər: kapital bank

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az