5 dakikada yemek tarifleri pankek tarifi pankek yemek tarifleri vakansiyalar

Avtomobil nömrələri

İndi şəxsiyyətimi gizlətməyə çalışsaydım, onun istəməsini istəmirəm son şey mənim damı altında yaşayan birAvtomobil nomreleri hesabatı vermək olardı.Avtomobil nömrələri qaçırma kimi davranırdı.Avtomobil nomreleri müəyyən bir qaydada araşdırılarsa və vaxtını alsaydı qurbana ən çox zərər verə və ya öldürüldü.
Avtomobil nömrələri üçün yeganə super veb sayt.
Avtomobil nomreleri
Avtomobil cərimələrinin yoxlanılması
Avtomobil cerimelerinin yoxlanilmasi

Avtomobil nomreleri

avtomobil cerimelerin yoxlanilmasi verilməsi və ya ödəniş xüsusi və ya təyinatlarda verilməsi şərtilə əmtəələr üçün fərqli bir qiymət nəzərdə tutmalı idi . İkinci cinayət üçün avtomobil cerimelerin yoxlanilmasi iyirmi il həbs cəzaavtomobil cerimelerin yoxlanilmasisı verildi (1 avqust, 1793), ölüm avtomobil cerimelerin yoxlanilmasi isə nəticədə (10 may 1794) əvəz edilmişdir.

Oxşar

İnsan Resurslarının idarə edilməsi və İnsan

2 Sentyabr

Gulsafa Abdullayeva yazır...

Məqaləmi yazmağa başlayarkən, mövzu ilə əlaqəli bilikləri toplayarkən, dəqiqələrin və hətta saatların belə tez keçməsinə olan təəccübümü gizləmək istəmədiyim üçün yazdığım hər misranı yenidən təkrar-təkrar oxuyuram. Oxuduğum hər sətirdə daha da çox həyəcanlanıram. Qısacası bu yazı heç bitməsin istəyirəm. Gəlin sizinlə İnsan Resurslarına sehrli bir səyahətə çıxaq!

İnsan Resursları ilə bağlı öz fikirlərimə keçmədən öncə İnsan Resurslarının nə olduğu, tarixçəsi, şirkətlərdə hansı işləri yerinə yetirdiyi və s. haqqında bəzi önəmli fikirləri nəzərinizə çatdırmaq istəyirəm.

İnsan Resursları nə deməkdir və tarixi

HR ifadəsi – ingilis dilindəki “human resource” ifadəsinin qısaldılmış formasıdır. Mənası insan resursları deməkdir. “Human resource” ifadəsi elmdə ilk dəfə – Amerikalı iqtisadçı John Commons tərəfindən (1862-1945) özünün 1893-cü ildə yazdığı “Distribution of Wealth” (Sərvətin bölüşdürülməsi) adlı kitabında işlədilmiş, lakin Commons sonralar bu terminin elmi əsaslarını inkişaf etdirməmişdir. “Human resource” ifadəsini müasir anlamda isə – Amerikanın Yale Universitetinin professoru, iqtisadçı və sosioloq – Edward Wight Bakke (1903-1971) öz məqalələrində işlətmişdir. Yale Əmək və İdarəetmə Mərkəzinin direktoru kimi Edward Wight bir sıra kitablar yazmışdır.

İnsan Resursları 1800-cü illərin sonunda Sənaye İnqilabı ilə birlikdə torpaqdan mexanikaya keçməsi periodunda və bu qəbildən olan hadisələrin nəticəsində meydana gəlmişdir. Müəssisələrdə heyətin idarə olunmasına maraq Qərb ölkələrində sənayeləşmə ilə paralel inkişaf etmişdir. Bu inkişaf Avropa ölkələri ilə müqayisədə ABŞ-da daha əvvəl başlamışdır. Frederick Winslow Taylor (1856-1915) ilk Insan Resursları mütəxəssislərindən biri olaraq qəbul edilir və “Dijital Taylorism” nəzəriyyəsinin banisidir.

“İnsan Resursu” sözü növbəti dəfə Peter Drucker tərəfindən 1954-cü ildə nəşr olunmuş “The practice of management” kitabında istifadə edilmişdir. Drucker bu əsərində idarəetmə funksiyalarını; işi idarə etmək, rəhbərləri idarə etmək və işçiləri idarə etmək kimi açıqlamışdır. Bir sözlə, İnsan resursları – təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir.

Bəs İnsan Resurslarının İdarə edilməsi nə deməkdir?

İnsan Resurslarının idarə edilməsi , hal-hazırda standart kadr menecmenti ( heyətin, personalın, kadrların idarə edilməsi) anlayışının yerinə istifadə edilən müasir bir termin olmasına baxmayaraq, bir çox mütəxəssis və tədqiqatçıya görə isə bu termin kadr menecmenti anlayışından əsaslı şəkildə fərqlənir.

İnsan Resurslarının idarə olunmasının vəzifəsi şirkətin məqsədini və strategiyasını müəyyənləşdirməkdən başlayır. İnsan bir qaynaqdır bir nəticə deyil. Şirkət tərəfindən çatmaq istənilən hədəf doğru müəyyən olunarsa həm doğru insanları seçmək həm də bir məqsəd uğrunda şirkət olaraq hərəkət etmək çox daha asan olacaq.

İnsan Resursları şirkətin bütün işçilərinin bilik, bacarıq, təcrübə, xarakter və performanslarıyla bərabər ortaya qoyduqları bütün işlərin cəmidir. İnsan qaynağı şirkətin ən dəyərli qaynağıdır. İnsan resurslarının idarə olunması isə müəssisələrin işə qəbul və daha münbit insan qaynağı yaratması ilə bərabər mövcud olan insan qaynağını ən səmərəli və effektiv şəkildə istifadə edə bilməsidir. Bu nöqteyi-nəzərdən baxdığımızda İnsan Resursları İdarə olunmasının iki əsas məqsədi olduğunu deyə bilərik:

  1. Səmərəliliyi artırmaq
  2. İş şəraitində effektivliyi artırmaqla rəqabətdə üstünlüyə nail olmaq.

İnsan Resurslarının İdarə olunmasını əsas 3 başlıq altında nəzərdən keçirək. Bunlar İşə qəbul, Performansın idarə olunması və Personalın idarə olunmasıdır. Növbəti yazılarımda bununla bağlı daha detallı izahatlar verəcəm, bügun isə qısa şəkildə açıqlayım:

İşə qəbul: İnsan Resursları deyərkən ümumiyyətlə ilk hətta tək ağla gələn işə qəbul prosesidir deyərdim. Çünki doğru pozisiyaya doğru resursu təyin etmək bir şirkət üçün ən kritik işdir.

Performansın idarə olunması: Professional mütəxəssisi işə qəbul etmək hər şey demək deyil, eyni zamanda bu işçidən yüksək nəticələr də əldə etmək lazımdır. Şirkət mədəniyyətindən tutmuş iş saatlarına qədər çox fərqli və buna təsir göstərən bir çox mühüm amillər vardır.

Personalın idarə olunması: Bu başlığa İnsan Resurslarının idarə olunmasının “qaranlıq tərəfi” də deyə bilərik. Şəxsi işlərin toplanması, məzuniyyət-ezamiyyyət təqvimlərinin hazırlanması, əmək haqqı hesablanması və s. kimi sənədlərlə iş bölməsidir.

İnsan Resurslarının idarə edilməsi sadəcə işçilər üçün deyil, eyni zamanda müəssisənin rəhbər vəzifələri üçün də əhəmiyyətlidir.

İnsan Resurslarına mənim baxışım?

“Bir insanın dəyəri, qabiliyyət və bacarıqlarının çoxluğuna görə deyil, onları necə istifadə edəcəyinə əsasən ölçülməlidir. ” La Rochefoucauld

“Ən güclü insan, özünü daha çox sayda insanın yerinə qoya biləndir. ” Jane Adams

Düşünürəm ki, yuxarıda qeyd etdiyim aforizmlər niyə bu peşənin seçilməsi ilə bağlı fikirlərimi daha açıq şəkildə ifadə edir. Mənim fikrimcə, İnsan Resursları, insanın sahib olduğu bilik və bacarıqların ən yaxşı şəkildə dəyərləndirilməsidir. Ədəbiyyata “Hiring the right person to the right job” olaraq keçən bu anlayış İnsan resurslarının İşə qəbul, Seçmə – Yerləşdirmə” mərhələsində özünü çox aydın şəkildə büruzə verir. Güclü bir şirkət ancaq və ancaq rəhbər ilə işçi arasında qurulan sağlam, möhkəm əlaqələr nəticəsində mümkündür. İnsan Resursları bir növ körpünün baş memarıdır. Bəs necə olmalıdır bu körpünün baş memarları? Sualıma ilk cavab olaraq deyə bilərəm ki, bir İnsan Resursları rəhbəri ilk növbədə səbrli olmalıdır. Bir şirkətdə mükəmməl rəhbər-işçi əlaqələrini qurmaq, İR sistemlərini qurmaq və idarə etmək heç də az zaman aparmır. Yəni bu da o deməkdir ki, bir İR menecerinin sərf etdiyi zəhmətin qarşılığını ala bilməsi üçün aylar yox hətta illər lazımdır. İnsan Resursları “gizli qəhrəmanlar”-dır deyərdim. Bir sözlə, İR menecerinin vəzifəsi hər şeydən öncə fədakarlıq və səbr sahibi olmaqdan başlayır. Digər bir anlayış isə “İnsan”-dır. Hər nə qədər “İnsanlarla ünsiyyətdə yaxşıyam İR mütəxəssisi olmaq istəyirəm, ya da insanları çox sevirəm İR mütəxəssisi olmaq istəyirəm” cümlələrini düşünmək və səsləndirmək bu peşəni seçmək üçün məntiqli bir səbəb deyil deyə düşünsəm də dolayı yollardan haradasa əlaqəsi var deyərdim. Adı ifadənin özündə də qeyd olunduğu kimi “İnsan Qaynağı” hər şeydən öncə insanı çox yaxşı dərk və izah etməklə başlayır. İnsanların ehtiyaclarını və düşüncələrini birbaşa anlaya bilmək çox vacibdir. Həm rəhbərlik və digər struktur bölmələrlə düzgün ünsiyyət əlaqələrini qurmaq, həm də rəhbər-işçi əlaqələrinin düzgün qurulmasında vasitəçilik etmək İR-nin ən önəmli vəzifələrindən biridir. Yəni bu sahədə çalışan və ya çalışmaq istəyənlər “İnsan əlaqələri” faktorunu gözardı etməməlidirlər. Qısacası, İnsan Resurslarının təməl işi “İnsan”dır.

Məqaləmin əvvəlindən sonunadək məqsədim İnsan Resurslarını sizə tanıtmaq idi. Tarixçəsindən, İR-nın nələr etdiyi, niyə bu peşənin seçilməsi ilə bağlı araşdırdım, topladım və yazdım. Bu sehrli səyahətdə mənə yoldaşlıq etdiyiniz üçün təşəkkürlər!

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az