Oxşar

“İdeyadan Biznesə” startap turlarının respublika üzrə qalibləri seçildi

27 Oktyabr

Bu ilin aprel ayından etibarən icrasına başlanılan “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının finalı olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, “İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən final mərasimində dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, startapçılar və tələbələr iştirak edib.

Daha sonra startap turunun final mərhələsi başlayıb. İlk öncə, 8 regionu əhatə edən startap marafonuna dair videorolik nümayiş olunub.

Təbdir iştirakçılarını salamlayan aparıcı Murad Dadaşov çıxış üçün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə söz verib.

Tədbirin davamında 15 finalçı müəyyən olunmuş ardıcıllıq üzrə layihələrini 3 dəqiqə ərzində münsiflər heyəti qarşısında təqdim etdikdən sonra onlara ünvanlanmış sualları cavablandırıblar.

Təqdimatlardan sonra bütün komandalar startap turunda fəal iştiraklarına görə sertifikatlarla təltif edilib.

Münsiflər heyətinin qərarı ilə startap turunun respublika üzrə qalibləri “Gonex”, (I yer) “ Smart Reaktor” (II yer) və “Noahland” (III yer) komandaları olub.

“Gonex” – Bakı Mühəndislik Universitetinin tələbələrinin layihəsidir.

İnformasiya Texnologiyaları üzrə onlayn və real layihələr üzərində çalışaraq təcrübə əldə edə bilmək üçün unikal platformadır.

Sumqayıt şəhərini təmsil edən “Smart Reaktor” layihəsi isə tullantılardan alternativ enerji əldə edilməsinə yönəlib.

Naxçıvanı təmsil edən “NoahLand” layihəsi ekstremal idman növlərinin və düşərgələrin bir portalda cəmləşdirilməsinə xidmət edir.

I yerin qalibi 10 min manat, II yerin qalibi 5 min, III yerin qalibi isə 2 min 500 manat məbləğində mükafatlandırılıb.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az