Oxşar

"Huawei" şirkətinin maliyyə direktoru Kanadada saxlanılıb

6 Dekabr

Kanada polisi Çinin "Huawei"telekommunikasiya şirkətinin maliyyə direktoru xanım Vançjou Meni saxlayıb.

"Moneta.az" xəbər verir ki, bu barədə cümə axşamı "The Globe and Mail" qəzeti yazıb.

"Vançjou Men dekabrın 1-də Vankuverdə saxlanılıb. Onun təhvil verilməsi ilə bağlı sorğunu Birləşmiş Ştatlar göndərib, girov qoyulmasına dair dinləmələr cümə gününə təyin edilib", - deyə nəşr Kanadanın Ədliyyə Nazirliyi nümayəndəsinin sözlərini sitat gətirib.

Qəzetin məlumatına görə, direktor ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozmaqda ittiham olunur və Birləşmiş Ştatların onun bu səbəbdən ekstradisiyasına dair sorğusu əsasında saxlanılıb.

Vançjou Men "Huawei"in təsisçisi Jen Çjenfeyin qızıdır. O həm də şirkətin idarə heyəti sədrinin müavinidir.

Bundan əvvəl Tramp administrasiyasının ABŞ-da Çin telefonlarının satışını qadağan etmək niyyətində olduğu məlumat verilmişdi/report.az

Teqlər: abş, çin, huawei

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az