Oxşar

Gürcüstanın yeni Prezidenti ilə tanış olun

29 Noyabr

Salome Zurabişvili Gürcüstanın yeni Prezidenti seçilib.

"Moneta.az" xəbər verir ki, xanım S.Zurabişvili seçicilərin 59,52 faizinin (1,1 milyon seçici) səsini toplayıb. Digər namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs yığıb.

Salome Zurabişvili kimdir?

S.Zurabişvili 1952-ci ildə Parisdə gürcü siyasi mühacir ailəsində (1921-ci ildə Gürcüstanı tərk edib) anadan olub.

O, Fransa Siyasi Elmlər İnstitutunu bitirdikdən sonra ABŞ-ın Kolumbiya Universitetində təhsil alıb, Rusiyanın tədqiq edilməsi üzrə ixtisaslaşıb.

1974-cü ildən Fransa Xarici İşlər Nazirliyində çalışıb. 2003-cü ilin sonunda Fransanın Gürcüstanda səfiri təyin edilib.

2004-cü ilin martında Mixeil Saakaşvili S.Zurabişvilini Gürcüstanın xarici işlər naziri təyin edib, lakin 2005-ci ilin oktyabrında M.Saakaşvilinin ünvanına tənqidlər səsləndirdikdən sonra vəzifəsindən azad edilib. Bundan sonra S.Zurabişvili müxalifətə keçərək M.Saakaşvilinin istefası tələbi ilə keçirilən aksiyalarda iştirak edib.

2016-cı ildə Gürcüstan parlamentinin deputatı seçilib.

Cari ilin avqustunda müstəqil namizəd kimi prezident seçkilərinə qatılacağını bəyan edib. Sentyabrın əvvəlində isə “Gürcü arzusu” partiyası prezidentliyə namizəd irəli sürməyəcəyini və S.Zurabişvilini dəstəkləyəcəyini bildirib.

Teqlər: gürcüstan

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az