ingilis dili kurslari ielts kurslari rus dili kurslari alman dili kurslari muhasibatliq kurslari

Oxşar

“Google” şirkəti “sendviç” sxemi vasitəsilə vergi yayındırıb

10 Yanvar

"Google" korporasiyası 2017-ci ildə Hollandiya və İrlandiyadakı filialları vasitəsilə 19,9 milyard avro vergi yayındırıb.

"Moneta.az" xəbər verir ki, "Google" bu məbləği Hollandiya qeydiyyata alınmış “Google Niderland Holdinq BV” filialı ilə Bermud adalarına yönəldib və həmin vəsait oradan İrlandiyada qeydə alınmış başqa bir filialın “Google Ireland Holdings” hesabına daxil olub. 2017-ci ildə “Google” korporasiyasının Hollandiyadakı filialı büdcəyə 3,4 milyon avro həcmində vergi ödəyib.

“Google” digər transmilli şirkətlər kimi korporativ gəlir vergisini əsasən öz ölkəsində ödəyir. “Son on ildə biz dünya üzrə effektiv vergini 26 faiz dərəcə ilə ödəmişik, - şirkət nümayəndəsi bildirmişdir. - Biz bütün vergiləri ödəyirik və fəaliyyət göstərdiyimiz hər bir ölkədəki vergi qanunvericiliyinə əməl edirik”.

Teqlər: google

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az