Avtomobil nömrələri

İndi şəxsiyyətimi gizlətməyə çalışsaydım, onun istəməsini istəmirəm son şey mənim damı altında yaşayan birAvtomobil nomreleri hesabatı vermək olardı.Avtomobil nömrələri qaçırma kimi davranırdı.Avtomobil nomreleri müəyyən bir qaydada araşdırılarsa və vaxtını alsaydı qurbana ən çox zərər verə və ya öldürüldü.
Avtomobil nömrələri üçün yeganə super veb sayt.
Avtomobil nomreleri
Avtomobil cərimələrinin yoxlanılması
Avtomobil cerimelerinin yoxlanilmasi

Avtomobil nomreleri

avtomobil cerimelerin yoxlanilmasi verilməsi və ya ödəniş xüsusi və ya təyinatlarda verilməsi şərtilə əmtəələr üçün fərqli bir qiymət nəzərdə tutmalı idi . İkinci cinayət üçün avtomobil cerimelerin yoxlanilmasi iyirmi il həbs cəzaavtomobil cerimelerin yoxlanilmasisı verildi (1 avqust, 1793), ölüm avtomobil cerimelerin yoxlanilmasi isə nəticədə (10 may 1794) əvəz edilmişdir.

Oxşar

Emosional zəkanın yüksək olub-olmadığını necə bilmək olar?

24 Sentyabr

Gulsafa Abdullayeva yazır...

Emosional zəka (intellekt) hər bir insanda var olan, lakin qavranılmayan bir “anlayış”dır, iş və şəxsi həyatda uğurlu insanları digər insanlardan ayırd etməkdə önəmli bir faktor olduğu ilə bağlı illərdir davam edən araşdırmalardan sonra bir daha təsdiqləndi.

Emosional zəka duyğularımızın fərqinə varıb onlarla başa çıxa bilmə qabiliyyətimizdir. Emosional zəka sayəsində düzgün qərarlar verir və uğurlu nəticələr əldə edirik.

Emosional zəka – EQ və IQ və Şəxsi keyfiyyətlər fərqli anlayışlardır.

Emosional zəka ( EQ ), normal zəkamızdan ( IQ ) fərqli olaraq insan davranışının təməl elementlərindən biridir. IQ və EQ arasında bilinən bir əlaqə yoxdur, buna görə də bir insanın zəkasını emosional zəkanı əsas götürərək ölçmək mümkün deyil. Zəka ( IQ ) insanın öyrənmə qabiliyyətidir. Emosional zəka təcrübə ilə əldə edilən ya da inkişaf etdirilən qabiliyyətlərin cəmidir. Bəzi insanlar digərləriylə müqayisədə emosiyalarla bağlı dünyaya daha zəkalı bir insan olaraq göz açsalar da digərləri sonradan daha rahatlıqla bunu inkişaf etdirə bilərlər.

Şəxsi keyfiyyətlər və ya xarakter isə insanı xarakterizə edən “tərz”dir, başqa cür desək bütünü tamamlayan son parçadır. IQ kimi xarakter də, emosional zəkanı öncədən müəyyənləşdirmək üçün əsas ünsür deyil. IQ , emosional zəka və şəxsi keyfiyyətlər öz-özlüyündə mükəmməl tərkiblərdir və bir şəxsi şəxsiyyət edən özəlliklərin əsaslarıdır.

Belə bir sual: Sizcə emosional zəkanın professional uğurlarımızda rolu nə qədərdir?

Cavab çox asan: Həddindən artıq! Şirkətlərdə emosional zəkanı dəyərləndirmə dəstəyi göstərən TalentSmart etdiyi araşdırmaların birində emosional zəka və önəmli 33 iş qabiliyyətini test etmiş və nəticə olaraq da emosional zəkanın gündəlik iş həyatımızda çalışma performansımızın mühüm göstəricisi olduğunu aşkar etmişdir. Belə ki, iş həyatımızda uğurun 58%-nin emosional zəka ilə əlaqəli olduğu məlum olmuşdur. Qısacası, emosional zəka qabiliyyət və davranışların əsasını yaradaraq etdiyimiz hər şeyə öz təsirini göstərir.

Başqa bir araşdırmada test olunan işçilərdən çox uğurlu olanların 90%-nin yüksək zəkaya sahib olduqları müəyyən edilmişdir. Digər bir tərəfdən isə iş həyatında yaxşı performans göstərə bilməyən işçilərin isə yalnız 20%-nin yüksək emosional zəkaya sahib olduqları aşkar olunmuşdur. Emosional zəkası zəif olan çox az insan iş həyatında yüksək performans göstərə bilər.

Emosional zəkaya sahib olmadığınızın 11 göstəricisi

“Emosional zəka, çox zəkalı və uğurlu olub sosial həyatında uğursuz olan insanlarda çox nadir hallarda rast gəlinir, lakin təcrübələr göstərir ki, bir liderin lider olmasında emosional zəka çox önəmlidir. Bundan yan keçmək olmaz.” Jack Welch

  1. Çox asan stresə düşürsünüz

Duyğu və emosiyalarımızı gizlətdikdə bunlar zamanla cəmləşib gərginlik, stres və narahatlığa səbəb olur. Əgər vaxtında lazım olanı etməsəniz bu duyğularınız zehninizi və bədəninizi yoracaq. Emosional zəka bacarığınız isə hadisələr baş vermədən öncə problemli vəziyyət qarşısında daha kontrollu davranmağınıza kömək olacaq.

2. Nüfuzunuzu qəbul etdirməkdə çətinlik çəkirsiniz

Yüksək EQ-lu insanlar davranışlarını, empatiyanı və kübarlığı öz nüfuzunu yaratma və özünədəyər çərçivələrini müəyyən etməklə bu qabiliyyətlərini tarazlaşdırırlar. Bu davranışlar insanlar arasındakı problemləri, anlaşmazlıqları həll etmək üçün idealdır. İki şəxs öz aralarında mübahisə yaşanan zaman passiv və ya aqressiv münasibət göstərir. Emosional zəkası güclü olan insanlar ölçüb-biçilməmiş ani davranışlardansa bu zaman daha ağıllı, özlərindən əmin və soyuqqanlı davranırlar. Bele hal isə emosional cəhətdən zəkası güclü olan insanların özlərinə qarşı ön mühakiməyə imkan vermədən çətin və ətrafdakılara zərər verən insanları daha az zərərverən insan olmalarına şərait yaradır.

3. Hisslərinizi ifadə edə bilmirsiniz

Hər insan duyğularının fərqindədir, lakin çox az insan hiss etdiklərini düzgün şəkildə ifadə edə bilir. Araşdırmalar göstərir ki, insanların yalnız 36%-i duyğularını düzgün ifadə və idarə edir. Bu faiz göstəricisi isə çox kritikdir, çünki səbəbi bilinməyən və ya düzgün ifadə edilməyən duyğular digər insanlar tərəfindən səhv anlaşılır və bu da xoşagəlməz nəticələrə gətirib çıxarır. EQ-su yüksək olan insanlar duyğularını həm düzgün anlayıb həm də düzgün idarə etdikləri üçün hisslərini olduğu kimi vurğulayan söz və ya söz birləşmələrindən istifadə edirlər. Məsələn, çox insan özünü “pis” hiss etdiyini desə də emosional zəkası yüksək olan insan bu vəziyyətə uyğun söz istifadə edir – “əsəbi”, “yorğun”, “haqsızlığa məruz qalmış”, “narahat” kimi ifadələrlə izah edirlər.

4. Çox tez fikir bildirmək və yanlış qərar vermək

EQ-ya sahib olmayan insanlar çox tez və düşünmədən qərar verirlər. Bu halda təəssüf ki, insanın yanlış düşüncələrini sübut edən fikirlər daha çox olur və nəticədə düzgün fikirlər gözardı olunur. Hətta bəzən öz yanlış qərarlarını isbat etmək üçün xeyli cəhd göstərirlər, mübahisə edirlər. Bele bir vəziyyət isə xüsusilə liderlər üçün daha təhlükəlidir, çünki şirkətin strategiyası onun qərarları əsasında formalaşır. EQ yüksək olan insanlar ani qərarlar vermirlər, ilk reaksiyaların emosiyalarla əlaqəli olduğunu bilirlər. Bu insanlar düzgün addım atmaq üçün soyuqqanlı olub doğru vaxtda doğru qərar verirlər.

5. İnsanlara qərəzli yanaşmaq

Bir insana qərəzli olduğunuz zaman gələn neqativ hisslər stresin əlamətidir. Sadəcə buna səbəb olan hadisə haqqında düşünmək belə vücudunuzu, sizi ayağa qalxıb savaşmağa məcbur edən və ya hər hansı təhrikedici vəziyyətlə qarşılaşan zaman arxana baxmadan qaç deyən “savaş ya da qaç” mexanizması işə düşür. Bu reaksiya yalnız həyati məsələlərdə olmalıdır. Bu zamanla sağlamlığınızda ciddi fəsadlar yarada bilər. Bir insana qərəzli olduğunuz zaman gələn neqativ hisslər stresin əlamətidir. Qərəzli davranmağınız stresdən uzaqlaşa bilməməyiniz deməkdir və emosional zəkası güclü insanlar bu vəziyyətdən necə yayınmağı bilirlər. Qərəzli davranmamaq sadəcə özünüzü yaxşı hiss etməyinizə səbəb olmaz, eyni zamanda sağlamlığınıza zərər verməmiş olarsınız.

6. İnsanların səhvlərini unuda bilməmək

EQ-su güclü insanlar özləri ilə xətaları arasına məsafə qoyarlar. Xətalarından lazımi qədər uzaq, lakin dərs çıxara biləcək qədər də yaxın olaraq gələcək nailiyyətlərə daha çox diqqət toplayırlar. Səhvlərinizi tamamilə unutmaq sizin yenidən eyni səhvləri etməyinizə səbəb olarkən, uzun müddət onları düşünmək də sizi çəkingən və gərgin bir insana çevirəcəkdir. Bu zaman ən vacib məqam sizin uğursuzluqları öz xeyrinizə çevirmək qabiliyyətinizdir. Bu hal artıq yıxılan zaman doğru şəkildə necə ayağa qalxacağınızı vərdiş halına gətirəcək.

7. İnsanlar tərəfindən yanlış anlaşıldığınızı düşünmək

EQ zəif olduğu zaman insanlara fikirlərinizi düzgün çatdırmırsınız və nəticə etibarilə insanların sizi anlamadığını düşünürsünüz. Lakin EQ yüksək olan insanlar hər fikri qarşı tərəfə düzgün çatdırmağın qeyri-mümkün olduğunun fərqindədirlər. İnsanların onların nə demək istədiklərini anlamadıqlarını görüncə mövzuya yaxınlaşma tərzini dəyişib anlaya biləcəkləri şəkildə fikirlərini ifadə edirlər.

8. Sizi stresə salan halları müəyyən edə bilmirsiniz

Hər bir insanı əsəbləşdirən, stresə salan nüanslar var. Adətən bunlar insanları əsəbləşdirən və ani reaksiya vermələrinə səbəb olan hallar və ya insanlardır. EQ yüksək olan insanlar onları nələrin stresə saldığını bildikləri üçün daimi şəkildə elə hallardan yayınırlar.

9. Hisslərinizi düzgün ifadə edə bilmirsiniz

Emosional zəkanın mədəni və ya kübar olmaqla əlaqəsi yoxdur. Emosional zəka yaxşə nəticələr əldə etmək üçün emosiyaları düzgü idarə edə bilməkdir. Bu hal isə, bəzən insanlara əsəbi, bəzən qəmgin və ya yorğun olduğunuzu göstərmək deməkdir. Hisslərinizi və ya əhvalınızı insanlara daima şən, xoşbəxt, pozitif göstərib həqiqəti gizlətməyə çalışmaq da doğru deyil. EQ yüksək insanlar neqativ və ya pozitiv emosiyalarını yerinə uyğun istifadə edirlər.

10. Yaşadıqlarınızla bağlı başqalarını günahlandırırsınız

Emosiyalar insanın iç dünyasından gəlir. Özünüzü necə hiss etməyiniz və ya yaşadıqlarınızı başqalarıyla əlaqələndirmək asandır, lakin emosiyalarınızın, hisslərinizin məsuliyyəti yalnız sizdədir. Heç kəs sizin istəmədiyiniz duyğunu yaşamağınıza səbəb ola bilməz, və ya bunun əksini düşünmək sizi yaxşı nəticələrə aparmaz.

11. Baş verənlərdən tez təsirlənib əsəbləşirsinizinciyirsiniz

Əgər insan necə bir xarakter olduğunu, necə şəxsiyyət olduğunu qavrayırsa başqa bir insanın onu əsəbləşdirməsi, özündən çıxarması heç də asan deyil. EQ yüksək insanlar özgüvənli və açıqsözlü insanlardır. Bu isə onların soyuqqanlı və rahat biri olmalarına səbəb olur. Bir sözlə, tənqid və təhqiri ayırmağı bacarmaq çox mühüm məsələdir.

Sonda isə bütün bu fikirlərdən sonra belə qənaətə gəlmək olar ki , İQ-un əksinə EQ-nu xeyli dəyişmək və inkişaf etdirmək, daha yaxşı şəkildə formalaşdırmaq olar. Yəni zəif olduğunuz məqamları aşkara çıxararaq daimi öz üzərinizdə işlədiyiniz halda beyniniz bu davranışları vərdiş halına gətirəcək. Beyin bu vərdişlərə davam etdikcə köhnə vərdişlər sıradan çıxacaq. Və çox keçməyəcək ki, nəhayət siz ətrafınızda baş verənlərə artıq emosional zəkanız yüksək şəkildə qarşılıq verəcəksiniz.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az