Oxşar

Elnur Soltanov energetika nazirinin yeni müavinidir

28 Dekabr

Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.

"Moneta.az" xəbər verir ki, bu vəzifəyə ADA Universitetində Xəzər enerji və  ətraf mühit mərkəzinin direktoru, ictimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanova həvalə edilib.

Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, yeni nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli Sərəncamı ilə vəzifəsindən azad edilən Natiq  Abbasovu əvəz edib. 

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az