Oxşar

Əfqanıstanın ABŞ-da səfiri xanım təyin edilib

26 Noyabr

Röya Rəhmani Əfqanıstanın ABŞ-da səfiri təyin edilib. Trend-in məlumatına görə, o bu vəzifəyə təyin olunan ilk qadın olub.

Rəhmani daha əvvəl ölkənin İndoneziyadakı səfiri olaraq çalışıb.

“Rəhmani Əfqanıstanın istedadlı diplomatlarından biridir. İndoneziyada xidməti zamanı uğurlara imza atıb”, - ölkə Prezidentinin rəsmi nümayəndəsi Harun Cahansuri deyib.

Xatırladaq ki, daha əvvəl bu vəzifədə Həmdullah Mohib çalışıb. Bu ilin avqust ayında isə Əfqanıstan Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.

Teqlər: əfqanıstan, abş

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az