5 dakikada yemek tarifleri pankek tarifi pankek yemek tarifleri vakansiyalar

Avtomobil nömrələri

İndi şəxsiyyətimi gizlətməyə çalışsaydım, onun istəməsini istəmirəm son şey mənim damı altında yaşayan birAvtomobil nomreleri hesabatı vermək olardı.Avtomobil nömrələri qaçırma kimi davranırdı.Avtomobil nomreleri müəyyən bir qaydada araşdırılarsa və vaxtını alsaydı qurbana ən çox zərər verə və ya öldürüldü.
Avtomobil nömrələri üçün yeganə super veb sayt.
Avtomobil nomreleri
Avtomobil cərimələrinin yoxlanılması
Avtomobil cerimelerinin yoxlanilmasi

Avtomobil nomreleri

avtomobil cerimelerin yoxlanilmasi verilməsi və ya ödəniş xüsusi və ya təyinatlarda verilməsi şərtilə əmtəələr üçün fərqli bir qiymət nəzərdə tutmalı idi . İkinci cinayət üçün avtomobil cerimelerin yoxlanilmasi iyirmi il həbs cəzaavtomobil cerimelerin yoxlanilmasisı verildi (1 avqust, 1793), ölüm avtomobil cerimelerin yoxlanilmasi isə nəticədə (10 may 1794) əvəz edilmişdir.

Oxşar

Dövlət Xidmətinin iki şöbə rəisi işdən çıxarılıb

28 İyun

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) aparatında iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar qurumun müvafiq strukturlarının, yerli idarə, şöbə və bölmələrinin rəislərinin, rayon hərbi həkim komissiyaları sədrlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

"Moneta.az" xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

Müşavirədə SHXÇDX-nin rəisi, general-leytenant Arzu RəhimovAzərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələlərə diqqət çəkib. Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi ilə əlaqədar iyul ayı ərzində çağırış prosesinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə, çağırışçıların tibbi müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq iş aparılmasına dair tapşırıqlarını verib.

Xidmət rəisi vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilmiş işləri və qarşıda duran vəzifələri bir daha xüsusi vurğulayıb. A.Rəhimov vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunmasının Azərbaycan Prezidenti İlham Əliyevin tələb və tövsiyələrinə uyğun davam etdirilməsi ilə bağlı göstərişlərini çatdırıb. Xidmət rəisi bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş çatışmazlıqların təhlil edilərək aradan qaldırılmalı, gələcəkdə təkrarlanmamalı və əməkdaşlar etik davranış qaydalarına ciddi əməl etməlidirlər.

Müşavirəyə dəvət olunmuş Müdafiə Nazirliyi Tibb Xidməti baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev son illərdə SHXÇDX tərəfindən Silahlı Qüvvələrin sağlam gənclərlə komplektləşdirilməsi işində əldə edilən uğurlara diqqət çəkib. Bu sahədə daha mükəmməl nəticələr əldə etmək üçün birgə əməkdaşlığın perspektivlərinə dair fikirlərini bölüşüb.

A.Rəhimov SHXÇDX tərəfindən qarşıdakı dövrdə görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə danışıb.

Xidmət rəisi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə SHXÇDX-nin hərbi qulluqçularının aylıq pul təminatının, həmçinin mülki işçilərin vəzifə maaşlarının artırılmasının şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfə olduğunu vurğulayıb.

Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib. Xidmətin Bərdə rayon şöbəsinin rəisi tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Qeyd edək ki, SHXÇDX-nin Daxili təhqiqat şöbəsinin rəisi, polkovnik Həsrət İsmayılov həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə müvafiq əmrlə Xidmətdən tərxis olunub.

Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara Xidmət rəisinin əmri ilə təltiflər, həmçinin növbəti və vaxtından əvvəl hərbi rütbələr təqdim edilib.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az