Oxşar

Dizellə işləyən avtomobillərin idxalı qadağan edilə bilərmi?

29 Noyabr

Türkiyənin İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasına qatılmış Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev açıqlama verib.

Komitə sədri ilk öncə bildirib ki, “Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması” mövzusunda təşkil olunmuş tədbirdə çıxış edərək bu sahədə Azərbaycanın təcrübəsini bölüşüb.

DGK sədri dizel yanacağı ilə işləyən avtomobillərin Azərbaycana idxalının dayandırılması ehtimalına da münasibət bildirib və bu məsələnin Nazirlər Kabinetinin qərarından asılı olacağını deyib.

Xatırladaq ki, Almaniyanın Ali Məhkəməsi ölkədə dizel avtomobillərin istismarının qadağa olunmasına icazə verib. Bu qərarın fonunda həmin nəqliyyat vasitələrinin ucuzlaşması və digər ölkələrə, o cümlədən Azərbaycana ixracının sürətlənməsi gözlənilir.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az