ingilis dili kurslari ielts kurslari rus dili kurslari alman dili kurslari muhasibatliq kurslari

Oxşar

Dividendlər gəlir vergisindən azaddır

7 Yanvar

Vergi Məcəlləsində hüquqi şəxslərlə daha dəqiqi səhmdar cəmiyyətləri ilə əlaqədar 2016-cı ildə çox mühüm dəyişiklik edilmişdir. Belə ki, məlum olduğu kimi hüquqi şəxsin iştirakçılarına, səhmdarlarına ödənilən dividendlər gəlir vergisinə cəlb edilir. 

19 yanvar 2016-cı il tarixli 102-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 102.1.22-ci maddə yeni redaksiyada verilərək  2016-cı il fevralın 1-dən etibarən 3 (üç) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.  16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən 3 (üç) sözü 7 (yeddi) sözü ilə əvəz edilmişdir. Yəni 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. Yəni 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətinə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend (Səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividendlər) gəlir vergisindən azaddır

Qeyd edilən dəyişikliklərin hüquqi şəxslər üçün daha doğrusu hüquqi şəxsin iştirakçıları üçün mühüm əhəmiyyəti vardır. Belə ki, dividenddən gəlir vergisi nəzərdə tutulsa da qeyd edilən dəyişiklik səhmdar cəmiyyətinin səhmdarları üçün müəyyən müddətə dividend üçün gəlir vergisindən güzəşt nəzərdə tutur. Yəni Emitent-səhmdar cəmiyyəti olaraq investisiya qiymətli kağızları olan səhmlərə görə səhm sahiblərinə dividendlər ödəyir. Məlum dəyişikliyə görə həmin dividendlər müəyyən müddətə (2023-cü ilə qədər) gəlir vergisindən azaddır. Qeyd edilən dəyişiklik yalnız investisiya qiymətli kağızlarının emissiyasını həyata keçirən hüquqi şəxslərin (Səhmdar cəmiyyətlərin) ayırdığı dividendlərə münasibətdə tətbiq edilir. Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) və digər təşkilati hüquqi formada olan hüquqi şəxslərə şamil edilmir. Bu isə o deməkdir ki, MMC və digər təşkilati hüquqi formada olan cəmiyyətlərin iştirakçılarına verilən mənfəət gəlir vergisinə cəlb edilir, lakin səhmdar cəmiyyətlərində dividendlər gəlir vergisinə cəlb edilmir. Təsadüfi deyildir ki, son vaxtlar bir çox hüquqi şəxslər öz təşkilati hüquqi formasını dəyişərək səhmdar cəmiyyətinə çevrilmişlər.


Tural Ahmadov

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az