Oxşar

"Daim iclasda olub heç bir fikir irəli sürməmək yaxşıdır, yoxsa ayda iki iclasda iştirak etməmək?"

30 Oktyabr

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

deputatlar qanun layihəsinin bəzi maddələri ilə razılaşmayıb.

Deputat Musa Quliyevin fikrincə, qanun layihəsinə əsasən, deputatlara tətbiq edilən məhdudiyyətlər elə təsəvvür yaradır ki, Milli Məclis seçkili orqan deyil, təyinatlı orqandır.

M.Quliyev bildirib ki, əvvəlki qaydalarda heç olmasa deputatın mandatının ləğv edilməsi Milli Məclisin müzakirəsinə çıxarılırdı: “Amma indi heç müzakirəyə də çıxarılmır. Yaxşı olardı ki, bizim qəbul edəcəyimiz nizamnamə beynəlxalq ekspertizaya verilərək onun Avropa standartlarına uyğun olması yoxlanılsın. Layihədə nəzərdə tutulan dəyişikliklərdə bildirilir ki, deputat Milli Məclisin iclasında öz mandatından imtina edərsə, onu geri götürə bilməz. Ola bilər ki insan əsəbiləşər və həmin an özü də bilmədən mandatından imtina edər. Lakin sonradan peşman da ola bilər. Biz ona zaman verməməliyik?”

Təklif olunan dəyişikliklərə əsasən, deputatın hər hansı iclasda 3 dəfə iştirak etməməyə görə mandatından məhrum edilmə məsələsinə də münasibət bildirən M.Quliyev bunun düzgün olmadığını deyib:

“Sizcə, daim iclasda olub heç bir fikir irəli sürməmək yaxşıdır, yoxsa ayda iki iclasda iştirak etməmək? Biz deputatın statusunun artırılması barədə düşünməliyik, nəinki onları məhdudlaşdırmaq haqqında. Ümumiyyətlə, ikinci oxunuşa qədər biz bir neçə məsələni dəqiqləşdirməli, mandatdan məhrum etməklə bağlı məsələlərə ciddi yanaşmalıyıq. Layihəni qəbul edirəm, amma ikinci oxunuşa qədər tənqidlərim nəzərə alınsın”.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az