ingilis dili kurslari ielts kurslari rus dili kurslari alman dili kurslari muhasibatliq kurslari

Oxşar

BP Xəzər dənizinin Azərbaycan sektorunda yeni iri qaz yatağı kəşf edə bilər

11 Yanvar

BP şirkəti və onun tərəfdaşları Azərbaycanda iri qaz yatağının ("Şahdəniz" qaz-kondensat yatağı) işlənilməsinə 28 milyard dollar sərmayə qoyublar və bu, yalnız tarixin başlanğıcı ola bilər.

"Moneta.az" xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons "Bloomberg" agentliyinə bildirib.

Onun sözlərinə görə, şirkət 2020-ci il üçün ölkədə 6 yeni kəşfiyyat quyusu qazmaq niyyətindədir.

Məlumatda deyilir ki, əgər BP-nin gözləntiləri özünü doğrultsa, şirkət ehtiyatları təxminən "Şahdəniz"in ehtiyatlarına bərabər olan yeni qaz yatağı kəşf edə bilər.

Regional prezident bildirib: "Braziliya ilə yanaşı, Azərbaycan da bizim üçün yaxın bir neçə ildə prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu kəşfiyyat proqramı bizim üçün çox vacibdir, çünki biz Xəzərdə böyük potensial görürük".

Q.Consun sözlərinə görə, BP-nin bu il quyular qazmaq niyyətində olduğu Şəfəq-Asiman strukturunda qaz ehtiyatı "Şahdəniz-2" yatağının ehtiyatlarına bərabər ola bilər.

O, əlavə edib ki, strukturda qazma işləri 2019-cu ilin sonuna planlaşdırılıb.

Teqlər: BP Azerbaijan

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az