Oxşar

Bill Qeyts 2018-ci ildə oxuduğu ən yaxşı 5 kitabın adını açıqlayıb

6 Dekabr

ABŞ-ın "Microsoft" şirkətinin təsisçisi Bill Qeyts başa çatmaqda olan 2018-ci ilin ən yaxşı hesab etdiyi beş kitabının adını paylaşıb.

 "Moneta.az" xəbər verir ki, o bu barədə öz bloqunda yazıb.

"Bu il mənim kitab siyahım qarışıqdır – təcrübi meditasiya dərsliyindən tutmuş muxtar silahlara dərin dalmaya qədər…", - deyə Qeyts yazıb.

Milyarder öz bloqunda yazıçı Tara Vestoverin "Educated" ("Şagird qız"), Pol Şarrenin "Army Of None" ("Yiyəsiz ordu"), Con Karreyronun "Bad Blood" ("Pis qan"), Yuvay Noy Hararinin "21 Lessons For The 21st Century" ("XXI əsr üçün 21 dərs") və Endi Paddikombun "The Headspace Guide to Meditation and Mindfulness" ("Meditasiya və özünü dərk") kitablarını oxumağı tövsiyə edib/report.az

Teqlər: bill qeyts

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az