Oxşar

Banklarının məcburi ümumi ehtiyatlarının həcmi artıb

29 Oktyabr

Sentyabrda Azərbaycan banklarının məcburi ümumi ehtiyatlarının həcmi azalıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən, 2018-ci il oktyabrın 1-nə bankların ümumi ehtiyatları 244,1 mln. manat olub ki, bu da avqustdakı göstəricidən 1,1 mln. manat və ya 0,45% çoxdur.

Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə isə bankların ümumi ehtiyatları 6,2 mln. manat və ya 2,6%, son 1 ildə isə 0,5 mln. manat və ya 0,2% artıb.

Xatırladaq ki, pul təklifinin effektiv tənzimlənməsi və bununla da qiymət sabitliyinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2017-ci il 30 may tarixli qərarı ilə manatla və qiymətli metallarla olan öhdəliklər üzrə məcburi ehtiyatların manatla, xarici valyuta ilə öhdəliklər üzrə məcburi ehtiyatların xarici valyutada müxbir hesablarda saxlanılması məqsədəuyğun sayılıb. “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda edilmiş dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minib və banklar 15 avqustdan etibarən məcburi ehtiyatlarını qaydadakı qeyd olunan dəyişikliyə uyğun saxlamalıdırlar/report.az

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az