Oxşar

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin olunub

6 Noyabr

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Cəlil Məlikov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Nazirlikdən verilən məlumata görə, noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni rəisi kollektivə təqdim olunub.

Qeyd edək ki, Cəlil Bəhram oğlu Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə Bakı Dövlət Universitetini bitirib. 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyində, daha sonra Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Son təyinata qədər mədəniyyət nazirinin köməkçisi vəzifəsində çalışıb.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az