ingilis dili kurslari ielts kurslari rus dili kurslari alman dili kurslari muhasibatliq kurslari

Oxşar

Bakıda telefon qovşaqlarının adları dəyişdirilib

30 Noyabr

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Bakı Telefon Rabitəsi" MMC-nin strukturuna daxil olan telefon qovşaqları hazırda Rabitə Xidmətləri Mərkəzləri adı altında fəaliyyət göstərir. 

Bu barədə "Moneta.az"-a nazirlikdən bildirilib. 

Məlumata görə, Yasamal Telefon Qovşağı – 1 saylı Rabitə Xidmətləri Mərkəzi, Xətai Telefon Qovşağı – 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Nizami Telefon Qovşağı – 3 saylı Rabitə Xidmətləri Mərkəzi, Sabunçu Telefon Qovşağı – 4 saylı Rabitə Xidmətləri Mərkəzi, Xəzər Telefon Qovşağı – 5 saylı Rabitə Xidmətləri Mərkəzi, Qaradağ Telefon Qovşağı – 6 saylı Rabitə Xidmətləri Mərkəzi kimi fəaliyyətini davam etdirir.

Xatırladaq ki, "Bakı Telefon Rabitəsi" ötən il iyulun 19-da “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin bazasında yaradılıb. Şirkət şəbəkəsinə daxil olan 200-dən çox böyük və kiçik tutumlu ATS-lər vasitəsi ilə Rabitə Xidmətləri Mərkəzlərində müxtəlif növ telekommunikasiya xidmətləri göstərir, eyni zamanda bu xidmətlər üzrə sənədləşdirməni və ödənişlərin qəbulunu həyata keçirir.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az