ingilis dili kurslari ielts kurslari rus dili kurslari alman dili kurslari muhasibatliq kurslari

Oxşar

Bakıda sürücülərə parkinq şoku - Qiymətlər 2 dəfə qaldırıldı

8 Yanvar

Bakı şəhərində parkinqlərdə qiymət artırılıb. 

"Moneta.az" xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilmiş parkinqlərdə bu ildən qiymətlər iki dəfə artırılıb. 

Məsələn, Bakıda Qış Parkında yerləşən parkinqdə bir avtomobil üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manat deyil, 80 manatdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin münasibətini öyrənmək mümkün olmayıb.

Sürücülər artıq sosial şəbəkələrdə "üsyan” etməyə başlayıblar. Müxtəlif qruplarda bu barədə yazan sürücülər, BNA-nın bu qərarını heç nə ilə izah etmədiyini bildirirlər/bakupost.az

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az