Oxşar

“AzRe Təkrarsığorta”nın rəhbərliyində dəyişikliklər olub

7 Yanvar

“AzReTəkrarsığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Fuad Quliyev şirkətin Direktorlar Şurasının sədri təyin edilib.

"Moneta.az" xəbər verir ki, o, yeni vəzifəsində Vəliəhd Səfərovu əvəz edib.

Fuad Quliyev kimdir?

O, 15 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.

Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsini bitirmişdir. Daha sonra Chartered Sığorta İnstitutunda sığorta təhsili almışdır.

2002-ci ildən sığorta sahəsində fəaliyyət göstərir və 2011-ci ilədək “Standard Sığorta” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində işləmişdir. Həmçinin 2011-2012-ci illər ərzində Rusiyada fəaliyyət göstərən PSQ “Osnova” şirkətində Baş direktorun müavini, “AFM Sığorta Brokeri” şirkətində İcraçı direktor vəzifələrində işləmişdir. 
Azərbaycan, rus və ingilis dillərini bilir.

İH-nə rəhbərlik isə F.Quliyevin müavini Vüsal Abbasova həvalə edilib.

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb. Hazırda şirkətin dövriyyədə hər birinin nominal dəyəri 25 min manat olan 2 min ədəd səhmi var. Səhmlər 6 fiziki şəxsə məxsusdur.

“AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin 91,11%-lik, “Azər-Türk Bank” ASC-nin isə 6,55%-lik səhmdarıdır/report.az

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az