Oxşar

“Azmont Investments” kurort Portonovinin gələn il açılışını edəcək

23 Noyabr

“Azmont Investments” şirkəti tərəfindən ərsəyə gətirilən, Aralıq dənizi regionunun ən gözəl yerlərindən birində – Monteneqroda yerləşən, hər detalı incəliklə işlənmiş çoxməqsədli ruhlandırıcı dənizkənarı kurort Portonovi 2019-cu ildə ilk mərhələsinin açılışının baş tutacağını elan edir.

Bu barədə şirkətdən məlumat verilib.

2019-cu ildə açılışı olacaq Portonovi kurortunun ilk mərhələsi çərçivəsində Portonovi Village, Marina Residences, parkların və meydanların olduğu gəzinti sahələri, həmçinin tam fəaliyyətdə olacaq D-Marin Portonovi limanı sakinlərin və qonaqların istifadəsinə veriləcək. Village Residences Monteneqronun milli arxitekturasının və Venesiya tərzinin kombinasiyası olmaqla ənənəvi Aralıq dənizi regionu təəssüratını əks etdirir. Sakinlər işıqlandırılmış mənzərəli gəzinti yolları ilə bir-birinə bağlanmış, yüksək olmayan binalarda yerləşən, fərqli xarakterlərə, eleqant interyer və müasir rahatlığa malik mənzillər, “penthouse”lar və “townhouse”lardan zövqlərinə uyğun olaraq seçim edə bilərlər. “Cülyetta” balkonları, balkonlara açılan pəncərələr və qorunaqlı terraslar Village Residences məhəlləsinin gözəl mənzərəsinə xüsusi rəng qatır və eyni zamanda, şəxsi həyatın gizliliyini də kifayət qədər təmin edir.

Portonovi Marina Residences evlərində həyat müasir və canlı atmosferdə yaşanacaq. Sahildə yerləşən mənzillər və “sky villa”lar incəliklə işlənmiş lüks məkan hissi yaratmaqla, zərif və müasirdirlər. Ağac və şüşənin bir arada istifadə edilməsi parlaq bir görüntü yaradır. Eleqant daxili məkanlar dəniz mühitini balkonlar vasitəsilə içəriyə daşımaq üçün dizayn edilib. “Sky villa”lar isə malik olduqları möhtəşəm liman mənzərəli hovuzları ilə diqqət çəkir və sizi su ilə ahəngə dəvət edir.

Beynəlxalq səviyyədə tanınan, peşəkar liman idarəetmə şirkəti olan D-Marin tərəfindən işlədiləcək D-Marin Portonovi Marina 238 lövbər dayanacağı ilə sakinlərin və qonaqların qayıqlarına və yaxtalarına gömrük rüsumundan azad yanacaq təchizatı və vertolyot meydançası da daxil olmaqla, mükəmməl liman xidmətləri göstərəcək. Limanda Monteneqro dövlətinin sərhəd və gömrük xidməti yerləşəcək və bu, liman vasitəsilə ölkəyə giriş etməyə və ölkədən çıxmağa imkan yaradacaq. Boka körfəzinin girişində, dalğalardan maksimum qorunan mövqedə yerləşməsi limanı super yaxtalar üçün ideal məkana çevirir. Limanın yaxınlığında yerləşən “Vista” meydanı isə marina həyatının dinamik mərkəzini formalaşdıracaq.

Əsrlərin əsəri: Monteneqronun Avropanın ən populyar turizm istiqamətlərindən biri kimi getdikcə artan nüfuzu danılmazdır. İtaliya, Yunanıstan və Balkan yarımadası arasında mühüm bir nöqtədə yerləşən Monteneqro, möhtəşəm təbiəti, əsrlərə dayanan tarixi, zəngin mədəni həyatı və mülayim iqlimi ilə məşhurdur. Bu ölkə onilliklər boyunca ezackar sahili, meşələrlə örtülü dağ yamacları, Aralıq dənizi körfəzləri, sahilboyu çimərlikləri ilə Avropanın gizli incisi olaraq qalmışdır ki, bu da ona inkişaf etmiş dünya ölkələrində nadir rast gəlinən təbii haşiyə bəxş edir. Bir zamanlar Şərqlə Qərb arasında qapı kimi düşünülmüş Aralıq dənizi regionundakı bu unikal məkan əsrlər boyunca fərqli sivilizasiyaların ocağı olmuşdur. Dağların dənizlə bir araya gəldiyi Boka körfəzi YUNESKO-nun ümumdünya irsi siyahısına daxil olan əraziləri, əla vəziyyətdə oqrunmuş orta əsrlərdən qalma şəhərləri və vəsf edilməyə dəyər balıqçılıq kəndləri ilə məşhurdur. Portonovi parlaq dənizçilik və ticarət irsinə malik, orta əsrlərə aid gözəl bir şəhər olan Herceq Novi şəhərində yerləşir.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az