Oxşar

Azərbaycanda Toxum birjası yaradılır

26 Noyabr

2019-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki Dövlət Toxum Fondu onlayn layihə olaraq Toxum birjası yaratmağı planlaşdırır.

"Moneta.az" xəbər verir ki, bunu Dövlət Toxum Fondunun rəhbəri Emin Əliyev deyib.

Onun sözlərinə görə, bu internet tətbiqi vasitəsilə fermerlər, istehsalçıları və toxum şirkətləri toxum seçə, daşımalar həyata keçirə, aqrotexniki məsləhətlər üçün məsləhətçilər seçə biləcək:

“Gələcəkdə isə maliyyələşdirmə və ya kreditləşmə üçün müraciət etmək mümkün olacaq”.

E.Əliyev əlavə edib ki, gələn il Fond həmçinin “ToxumArt” layihəsinin reallaşdırılmasını planlaşdırır:

“Bundan başqa, Bakı şəhərinin müxtəlif hissələrində şəbəkə stendlərinin yaradılması nəzərdə tutulur”.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az