5 dakikada yemek tarifleri pankek tarifi pankek yemek tarifleri vakansiyalar

Oxşar

Azərbaycanda mediasiya təşkilatı yaradılacaq

14 Mart

Azərbaycanda mediasiya təşkilatı yaradılır.

"Moneta.az" xəbər verir ki, bu barədə yeni hazırlanan “Mediasiya haqqında” qanun layihəsində bildirilib.

Yeni sənədin 11-ci maddəsində (Mediasiya təşkilatı) qeyd edilib ki, mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və ya digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya  zamanı danışıqların aparılması üçün şərait yaradan, bu qanunda və ya tərəflərin razılığı müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, həbelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən hüquqi şəxsdir.

Qeyd edək ki, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir.

Teqlər: Milli Məclis

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az