ingilis dili kurslari ielts kurslari rus dili kurslari alman dili kurslari muhasibatliq kurslari

Oxşar

"Azərbaycanda banan yetişdirməyə çalışdılar, amma uğurlu olmadı"

14 Mart

Azərbaycanda bananlara böyük tələbatı nəzərə alsaq, istixana bananlarının yetişdirilməsi kifayət qədər rentabelli ola bilər.

"Moneta.az" xəbər verir ki, bunu Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.

O bildirib ki, ortamüddətli biznes planına əsasən ölkədə istixana bananlarının yetişdirilməsi planlaşdırılır:

“Azərbaycanda bu məhsula bütün mövsümlərdə böyük tələbat olur, ona görə də istehlakçıların marağı ilboyu təmin olunur. Digər tərəfdən, bu ekzotik meyvə növünün Azərbaycanda yetişdirilməsi nəqliyyat və logistika baxımından sərfəli olacaq”.

B.Quliyev əlavə edib ki, ölkənin cənub regionlarında banan yetişdirilməsi üçün müasir texnologiyalar mövcuddur:

“Bir neçə il azərbaycanlı mütəxəssislər ölkədə banan yetişdirməyi təşkil etməyə çalışdılar, amma təşəbbüs uğurlu olmadı. Hesab edirəm ki, indi müasir texnologiyaların istifadəsi və istixana təsərrüfatlarında texnoloji proseslərin düzgün qurulması səmərəli istehsalı və məhsuldarlığı təmin edəcək”/trend

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az