Avtomobil nömrələri

İndi şəxsiyyətimi gizlətməyə çalışsaydım, onun istəməsini istəmirəm son şey mənim damı altında yaşayan birAvtomobil nomreleri hesabatı vermək olardı.Avtomobil nömrələri qaçırma kimi davranırdı.Avtomobil nomreleri müəyyən bir qaydada araşdırılarsa və vaxtını alsaydı qurbana ən çox zərər verə və ya öldürüldü.
Avtomobil nömrələri üçün yeganə super veb sayt.
Avtomobil nomreleri
Avtomobil cərimələrinin yoxlanılması
Avtomobil cerimelerinin yoxlanilmasi

Avtomobil nomreleri

avtomobil cerimelerin yoxlanilmasi verilməsi və ya ödəniş xüsusi və ya təyinatlarda verilməsi şərtilə əmtəələr üçün fərqli bir qiymət nəzərdə tutmalı idi . İkinci cinayət üçün avtomobil cerimelerin yoxlanilmasi iyirmi il həbs cəzaavtomobil cerimelerin yoxlanilmasisı verildi (1 avqust, 1793), ölüm avtomobil cerimelerin yoxlanilmasi isə nəticədə (10 may 1794) əvəz edilmişdir.

Oxşar

Azərbaycanda 2021-ci ildə Avro-5 standartında yanacaq istehsal olunacaq

30 Avqust

Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma və modernizasiya layihəsi çərçivəsində 2021-ci ildə Avro-5 standartına uyğun dizel yanacağı istehsal ediləcək.

"Moneta.az" xəbər verir ki, bu barədə zavoda təşkil olunan press-tur zamanı zavodun yenidənqurma və modernizasiyası üzrə layihə rəhbəri Nihal Allahverdiyev bildirib.

O qeyd edib ki, müəyyən vaxt sonra isə zavodda Avro-5 standartına uyğun avtomobil benzini istehsalına başlanılacaq.

“Zavodun yenidənqurma və modernizasiya layihəsinin I fazası 2018-ci ilin sonunda Bitum istehsalı qurğusu və Maye qaz doldurma stansiyalarının istismara verilməsi ilə yekunlaşıb. Layihənin növbəti mərhələləri üzrə işlər həcmi iki hissəyə - yeni qurğulara (Paket A) və rekonstruksiya ediləcək qurğulara (Paket B) bölünüb. Hər iki paket üzrə “EPC” (Layihələndirmə, Satınalma və Tikinti) podratçılar 2017-ci ildə ABŞ-ın KBR şirkəti tərəfindən dünya üzrə ən qabaqcıl EPC şirkətləri arasında aparılan seçmə müsabiqəsi nəticəsində müəyyənləşdirilib və seçilmiş şirkətlər 2018-ci ilin əvvəlindən işlərə start veriblər”.

O xatırladıb ki, Paket A (yeni qurğular) üzrə işlərin icrasına sabit qiymət əsasında İtaliyanın “Tecnimont-KT” alyansı cəlb edilib: “Bu paket çərçivəsində yeni Dizel yanacağının hidrotəmizlənməsi, Benzinlərin hidrotəmizlənməsi, Kükürdün alınması, İzomerləşmə, MTBE, Hidrogen alınma, Maye qazın hidrotəmizlənməsi üzrə Merox, C4/C5 fraksiyalarının hidrotəmizlənməsi qurğularının, eləcə də ümümzavod təsərrüfatı üzrə bir sıra qurğuların inşası nəzərdə tutulur. Bu paket üzrə detallı layihələndirmə işlərinin təxminən 90%, satınalma işləri 72%, tikinti işləri isə 17% icra olunub. 

Əsas və istehsalı uzun müddət tələb edən avadanlıqların əksəriyyəti əraziyə çatdırılmıb, həmin avadalıqların bir hissəsi artıq quraşdırılıb, işlər plana uyğun olaraq davam etdirilir və ümumi olaraq işlərin 53%-i icra edilib. Quraşdırılan avadanlıqlar arasında 526 ton ağırlığında Dizelin Hidrotəmizlənməsi qurğusunun reaktoru indiyədək ölkəyə gətirilən ən ağır avadanlıq olaraq tarixə düşüb”.

N. Allahverdiyev qeyd edib ki, Paket B (rekonstruksiya olunacaq qurğular) üzrə işlərin icrasına əvəzi ödənilən müqavilə əsasında İspaniyanın “Tecnicas Reunidas” (TR) şirkəti cəlb edilib:

“Layihə üzrə xərclərin minimuma endirilməsi və yeni qurğuların inşası əvəzinə mövcud qurğularda rekonstruksiya işlərinin həyata keçirilməsi məqsədi ilə bu paket çərçivəsində mövcud ELOU-AVT-6, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum Qazoylun Hidrotəmizlənməsi və bir sıra digər qurğuların, mövcud ümumzavod təsərrüfatının rekonstruksiya edilməsi nəzərdə tutulurdu. Bu qurğuların dəqiq vəziyyətinin, qalıq istismar müddətinin müəyyənləşdirilməsi yalnız EPC podratçısının cəlb edilməsindən sonra mümkün idi. Çünki EPC podratçısı müvafiq texniki audit, təftiş və metalın vəziyyətinin müəyyənləşdirilməsi üçün qeyri-destruktiv və digər sınaqları həyata keçirməli, nəticələr əsasında qurğuların gələcək istismarına dair müvafiq zəmanətlər verməlidir. 2018-ci ilin əvvəlində işə başlayan TR şirkəti həmin ilin oktyabr ayında NEZ-in təmirə dayanması zamanı bütün tələb olunan texniki audit işlərini həyata keçirib, nəticələri təhlil edib. Əldə olunan nəticələri 2019-cu ilin birinci rübündə Layihənin idarə olunması üzrə podratçı (“PMC”) - “WOOD Group” şirkətlər qrupuna daxil olan “AMEC-Foster Wheeler Italiana” şirkətinə və SOCAR-a təqdim edilib. “PMC” və TR-ın rəyləri nəticəsində rekonstruksiyası nəzərdə tutulan qurğuların gözlənildiyindən daha pis vəziyyətdə olduğu müəyyən edilib. Bununla əlaqədar, işlərin həcmi kəskin artıb və yenidənqurma işlərinin dəyərinin yeni qurğuların inşa olunması dəyərinə yaxınlaşıb. Bəzi qurğularda, məsələn, Katalitik Krekinq qurğusunda 90%-a qədər avadanlıqların dəyişdirilməsinə zərurət yaranmış, eyni zamanda NEZ-in fəaliyyətdə olan qurğularında aparılacaq tikinti işləri riskləri artırıb”.

O əlavə edib ki, artmış işlər həcminin yerinə yetirilməsi üçün Katalitik Krekinq qurğusunun əvvəl planlaşdırıldığı 2 ay əvəzinə 15-18 ay müddətinə dayandırılmasına zərurət yaranırdı. “Bu isə öz növbəsində ölkəyə böyük miqdarda avtomobil benzinlərinin, dizel yanacağının, aviakerosinlərin və Azərikimya İstehsalat Birliyinin tələbatının ödənilməsi üçün xammalın idxalına və bununla əlaqədar böyük xərclərə səbəb olurdu. Qeyd olunanları nəzərə alaraq, rekonstruksiyası nəzərdə tutulan ELOU-AVT-6, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya qurğularının yeniləri ilə əvəz olunması TR və PMC tərəfindən tövsiyyə edilib. Qeyd olunan tövsiyyələr Layihə üzrə Dövlət Kommissiyasına təqdim edilib. Qərara alınıb ki, yeni qurğuların quraşdırılması ilə ən müasir texnologiyaların tətbiqi ətraf mühitin qorunması baxımından olduqca önəmli olacaq və ölkə əhalisinin növbəti 25-30 il ərzində ən müasir standartlara cavab verən yüksək keyfiyyətli yanacaqla təmin edilməsinə zəmin yaradacaq, həmçinin zavodun uzun müddətli etibarlı şəkildə istismarı təmin olunacaq. Əldə olunmuş razılığa əsasən illik 7,5 mln. ton gücündə yeni ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının inşa olunması planlaşdırılır". Layihə rəhbəri artıq bu istiqamətdə mühüm tədbirlərə start verildiyini əlavə edib.

Onun sözlərinə görə, paralel olaraq, 2021-ci ildə ölkədə Avro 5 standartına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədi ilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur:

"Layihənin mərhələli şəkildə icra edilərək, 2024-cü ilin sonu - 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.Ən müasir standartlara cavab verən tam yeni qurğuların inşası, SOCAR-ın qlobal reytinqinin artmasına, kəmiyyət və keyfiyyət göstəricilərinin lazımı səviyyədə təmin edilməsi üçün texnoloji rejimin rahat və təhlükəsiz şəraitdə aparılmasına, tam komplekt mexaniki və texnoloji zəmanətlərin əldə olunmasına, ekoloji cəhətdən daha təmiz istehsalatların yaradılmasına, ölkə əhalisinin etibarlı və davamlı şəkildə uzun illər ərzində ən yüksək keyfiyyətli yanacaqla təmin edilməsinə, neft-kimya istehsalatları üçün tələb olunan xammalının istehsalına, növbəti 4-5 il ərzində layihənin icrası zamanı minlərlə yeni iş yerlərinin açılmasına, yüzlərlə yerli şirkətlərin işlə təmin edilməsinə xidmət edəcək"/report.az

Teqlər: SOCAR

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az