Oxşar

"ARB 24"ə müddətsiz lisenziya verilib

27 Noyabr

Bu gündən Bakı Teleqüllə Kompleksindən “ARB 24” TV proqramının DVB-T standartında Full HD formatlı yayımına başlanılıb. 

Bu barədə "Moneta.az"-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nazirliyin tabeliyindəki Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Bakı Teleqüllə Kompleksindən “ARB 24” TV proqramının DVB-T standartında Full HD formatlı yayımına başlanılıb.

Buna qədər isə, “ARB 24” TV proqramının Bakı şəhəri və Abşeron yarımadası ərazisində açıq paketdə rəngli sətr generatoru şəklində sınaq yayımı aparılıb.

Sınaq yayımlarına dair xüsusi ekspert qrupunun yekun müsbət rəyindən sonra, 27.11.2018-ci il tarixindən etibarən, Teleradio İB-nə məxsus yayım vasitələri ilə 31-ci TV kanalda 554 MHs tezlikdə “ARB 24” TV proqramının açıq paketdə yayımı təmin olunub.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az